Valyuta.com

Tacikistan səhiyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Tacikistan səhiyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə həmin ölkənin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın müxtəlif tərəfləri görüşdə müzakirə predmeti olub.
Nazir Azərbaycanın son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, yeni xəstəxana və diaqnostika mərkəzlərinin yaradılması və ən yeni avadanlıqlarla təchiz edilməsi barədə məlumatı olduğunu bildirib və qeyd edib ki, Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsinə maraq göstərir. Müzakirələr zamanı kardiologiya, oftalmologiya, neyrocərrahiyyə sahələrində əldə edilən təcrübələrin Tacikistanda da tətbiq olunması barədə söhbət gedib.
Azərbaycanın dost ölkə ilə əməkdaşlığa hazır olduğunu söyləyən səfir ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib və ikitərəfli əməkdaşlığın səmərəli olacağını bildirib.
Görüşdə Tacikistan tərəfi Azərbaycanda səhiyyə və əhalinin sosial müdafiəsi ilə əlaqədar keçirilən beynəlxalq konfrans, simpozium və elmi-praktiki tədbirlərdə iştirak etmək arzusunu, bununla əlaqədar müvafiq qurumlar arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini ifadə edib.
Ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində imzalanan müqavilələrə əsasən əməkdaşlığın perspektivləri müzakirə olunub.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova