Valyuta.com

Ölkə əhalisi tibbi müayinələrdən keçirilir

Ölkə əhalisi tibbi müayinələrdən keçirilir

Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq, 2018-ci ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Bütün şəhər və rayonların tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.
Sənəddə xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi məsələləri öz əksini tapıb.
Əmrdə həmçinin ölkə əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması barədə göstəriş verilir.
Artıq bütün ölkə ərazisində kütləvi tibbi müayinələrə start verilib. Əhali mütəşəkkil şəkildə bu aksiyaya cəlb olunur, müayinələrlə yanaşı, müalicə, konsultasiya, profilaktika tədbirləri də həyata keçirilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin kütləvi tibbi müayinələri artıq 4-cü ildir ki, təşkil olunur. Patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyan bu müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı hallarda isə paytaxtda və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
2017-ci ilin göstəricilərinə görə, ölkə üzrə müayinədən keçirilmiş şəxslərdən 2 milyondan çoxu əlavə müayinələrə cəlb edilib, 68,4 min nəfər dispanser nəzarətinə alınıb, 27 min nəfər hospitalizasiya olunub.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova