Valyuta.com

Azərbaycan Tibb Universitetində əczaçılıq üzrə seminar keçirilib

Azərbaycan Tibb Universitetində əczaçılıq üzrə seminar keçirilib

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasında tədris-metodiki seminarlar keçirilib. Ənənəvi olaraq hər il keçirilən toplantının məqsədi professor-müəllim heyətinin bilik və bacarıqlarını artırmaq və tədrisin keyfiyyətini yüksəltməkdir.
Növbəti seminarda çıxış edən kafedranın müdiri, professor Musa Qəniyev tədbirin əhəmiyyətini vurğulayıb: “Uzun illərdir ki, kafedramızda tədris prosesində müəyyən fasilələr yarananda, yəni qışda və yayda dərs prosesi başa çatdıqdan sonra kafedra əməkdaşları tərəfindən proqrama uyğun mövzular təqdim olunur. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı hər mövzu üzrə yeniliklər müzakirə edilir və dərs prosesinə daxil olunur. Bu seminarların keçirilməsində əsas məqsəd tədris prosesinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də dünyada farmakologiya sahəsində baş verən yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır”.
Seminarda kafedranın assistenti Mətanət Məmmədovanın “Tənəffüs orqanlarının funksiyasına təsir göstərən dərman maddələrinin farmakologiyası” mövzusunda məruzəsi dinlənilib.
Diskussiya formatında keçən seminarda professor Vəli Əsmətov təcili və təxirəsalınmaz hallarda tətbiq edilən bir sıra dərman maddələri, o cümlədən dərmanların öskürək əleyhinə istifadə qaydalarının əhəmiyyəti haqqında danışıb.
Tədbirin sonunda kafedra əməkdaşlarının sualları cavablandırılıb.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova