Valyuta.com

Əczaçılıq fəaliyyətini tənzimləyən qərar qəbul edilib

Əczaçılıq fəaliyyətini tənzimləyən qərar qəbul edilib

Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Bu və digər tələblər Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Dərman vasitələrinin topdansatışına dair tələblər”də öz əksini tapıb.
Sənəddə bildirilir ki, dərman vasitələrinə olan tələb və təklifi öyrənmək, onların dövriyyəsinə aid olan xüsusi sənədləri tərtib etmək, dərmanların və tibbi ləvazimatların keyfiyyətinə nəzarət və hərəkəti haqqında hesabatlar hazırlamaq, dövlət nəzarətində olan dərman qrupları ilə işləmək və qüvvədə olan normativ sənədlərin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün topdansatış müəssisəsinə peşəkar əczaçılıq ixtisası olan kifayət sayda mütəxəssislər cəlb olunmalıdır. Topdansatış müəssisəsinin fəaliyyəti ilə bağlı olan digər işlərin görülməsinə də uyğun ixtisaslı və təhsilli mütəxəssislər buraxılırlar. Topdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar.
“Dərman vasitələrinin topdansatışına dair tələblər”də o da qeyd edilir ki, topdansatış müəssisəsində keyfiyyətin idarə edilməsinə ayrılan məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsili, həmçinin Etibarlı Distribüter Təcrübəsi üzrə lazımi bilik və təcrübəsi olmalıdır. Müəssisədə işçi heyətin şəxsi gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə hazırlığı və yenidən hazırlığı, eləcə də işə daxil olarkən dövri tibbi müayinələrin keçirilməsi təmin edilməlidir. Dərman vasitələri saxlanılan sahələrdə çalışanlar yerinə yetirdikləri işə uyğun olaraq xüsusi qoruyucu və ya iş geyimləri ilə təmin edilməlidirlər.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova