Valyuta.com

Əziz Əliyev adına Naxçıvan Mərkəzi Uşaq Xəstəxanasının açılışı oldu

Əziz Əliyev adına Naxçıvan Mərkəzi Uşaq Xəstəxanasının açılışı oldu

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası (NMR MUX) əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xəstəxanada yaradılan şəraitlə tanış olub.
Ali Məclisin Sədrinə tibb ocağı barədə məlumat verilərək bildirilib ki, zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxanada fəaliyyət göstərən uşaq cərrahiyyəsi, pediatriya, yenidoğulmuşlar üçün pediatriya, nevroloji, reanimasiya və intensiv terapiya, poliklinika və mərkəzləşmiş laboratoriya şöbələrinin hər birində, bütün palatalarda rahat şərait yaradılıb, fizioterapiya və əməliyyat otaqlarında, kardiorevmatoloq, loqoped, stomatoloji kabinələrdə müasir tibbi avadanlıqlar quraşdırılıb. Binada sterilizasiya otağı, iclas zalı və yeməkxana, eləcə də tibb təhsili alan tələbələr üçün 4 auditoriya var. Xəstəxanada uşaqların elektron qeydiyyat sistemi yaradılıb. Bu günə qədər Naxçıvan şəhərində 21 mindən artıq uşağa sağlamlıq kartı verilib.
Tibbi sığorta otağına baxış zamanı qeyd olunub ki, buradakı kompüter Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılmış səhiyyə-informasiya idarəetmə sisteminə qoşulub. Qeydiyyatda olan xəstələr haqqında orada toplanan məlumat bazası sayəsində həkimlər xəstələrin əvvəlki müayinə nəticələri ilə tanış olmaq imkanı qazanırlar.
Xəstəxana yeni istilik, elektrik və su sistemi ilə təchiz olunub, tibbi tullantıların yandırılması üçün qurğu, havalandırma sistemi, əməliyyat otaqlarında isə bakterioloji filtrli havalandırma quraşdırılıb. Tibb ocağının həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Bina ilə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını, buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Tədbirlər Planının təsdiq olunduğunu xatırladıb. Bildirib ki, bu plana əsasən muxtar respublikada bir sıra tədbirlər keçirilib, o cümlədən, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı şəkildə yenidən qurulub.
Ali Məclisin Sədri tibb müəssisəsinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Burada yaxşı kollektiv formalaşdığını, uşaqların sağlamlığının mühafizəsinin hərtərəfli təşkil olunduğunu söyləyib: “Tibbi heyətin səmərəli fəaliyyətinin nəticəsidir ki, 2017-ci ildə xəstəxanada 600-ə yaxın uşaq stasionar müalicə alıb, 215 uşaqda cərrahi əməliyyat aparılıb, ambulator müalicə üçün 200 minə yaxın müraciət olub. Həkimlər öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetiriblər”.
Vasif Talıbov qarşıya qoyulan vəzifələri uğurla icra etdiklərinə görə xəstəxananın kollektivinə təşəkkürünü bildirib və deyib ki, bu tibb ocağında yaradılan şərait, quraşdırılan avadanlıqlar, burada fəaliyyət göstərən, təkmilləşdirmə kursu keçmiş həkimlər müasir tibbin tələblərinə tam cavab verir: “Bu gün muxtar respublikada müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, sahə xəstəxanaları, rayon mərkəzi xəstəxanaları və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada ana və uşaq ölümlərinin sayı dünya səhiyyə sistemində qəbul olunmuş göstəricidən aşağıdır. Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir. Ona görə də Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının kollektivi yaradılan şəraitdən səmərəli istifadə etməli, həkimlər daim öz üzərlərində işləməli, xəstəxanaya müraciət edən uşaqların müayinə və müalicəsinə, eləcə də peyvənd işinin vaxtında aparılmasına diqqət artırılmalıdır”.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həkim Səkinə Tarverdiyeva tibb müəssisəsində yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq edib, bildirib ki, burada quraşdırılan müasir tibbi avadanlıqlar diaqnozların dəqiq qoyulmasına, müayinə və müalicənin səmərəli aparılmasına imkan verəcək. Bunu muxtar respublikada səhiyyənin inkişafına və insanların sağlamlığına göstərilən qayğının nəticəsi adlandıran natiq vurğulayıb ki, kollektiv yaradılan şəraitdən istifadə edərək daha səylə çalışacaq.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova