Valyuta.com

Başlıca məqsəd ölkədə tütünsüz və tüstüsüz mühit yaratmaqdır

Başlıca məqsəd ölkədə tütünsüz və tüstüsüz mühit yaratmaqdır

2008-ci ildə aparılan təhlillərə görə, Azərbaycanda bütün ölümlərin təxminən 87 faizi qeyri-infeksion xəstəliklərin payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlər 51, xərçəng xəstəliklərindən vəfat edənlər 11 faiz olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklərin, o cümlədən ürək-damar, beyin-damar və xərçəng xəstəliklərinin 15 faiz artması gözlənilir. ÜST 2025-ci ilə qədər dünyada 20 milyon xərçəng xəstəsinin olacağını ehtimal edir. Tədqiqatlar göstərir ki, tütündən istifadənin 50 faiz azaldılması 2020-ci ilədək 180 milyon nəfərin həyatını xilas edə bilər.
Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) tərəfdaşlığı ilə təşkil olunan Tütünlə Mübarizə üzrə IV Milli Konfransda danışılıb. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatının icra etdiyi “Tütünsüz Cəmiyyət” layihəsi çərçivəsində həyata keçirilib.
Konfransı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov qlobal miqyas almış tütünçəkməyə qarşı mübarizə üçün görülən tədbirlərdən danışıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev tütünçəkmənin məhdudlaşdırılması ilə əlaqədar qanunun müzakirələrinə 2003-cü ildə başlanıldığını, ötən müddət ərzində müxtəlif ölkələrin təcrübəsi və qabaqcıl modellər öyrəniləndən sonra bu il onun qəbul edildiyini söyləyib. Komitə sədrinin müavini deyib: “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu ölkəmizdə tütünsüz və tüstüsüz mühit yaratmağa xidmət edir. Siqaret çəkməmək sağlamlığa qayğı ilə yanaşı, həm də bir mədəniyyət məsələsi, nəzakət qaydası, başqalarını düşünməkdir. Qanunda belə bir müddəa da öz əksini tapıb ki, kütləvi informasiya vasitələrində, xüsusilə telekanallarda ayda 90 dəqiqədən az olmayaraq siqaretin zərəri barədə verilişlər, həkim məsləhətləri verilməli, sosial çarxlar nümayiş olunmalıdır”.
M.Quliyev bildirib ki, ilkin müzakirələr zamanı elektron siqaret və sulu qəlyan ilə əlaqədar bəzi müqavimətlər olsa da, son nəticədə Qanunda qadağalar onlara da şamil edilib. O qeyd edib ki, bir dəfə sulu qəlyan çəkilməsi 200 siqaretin tüstüsünə bərabərdir.
Tədbirdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev adı çəkilən Qanunun ayrı-ayrı müddəalarını şərh edib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Ramiz Əliyev çıxış edərək, tütündən istifadənin fəsadları barədə danışıblar.
İSİM-in şöbə müdiri Nabil Seyidov və sektor müdiri Tofiq Seyidov dünyada qeyri-infeksion xəstəliklərin əsas mənbələrindən birinə çevrilən tütünçəkmə problemləri, onun zərərli təsirlərini əks etdirən statistika barədə danışıb, yeniyetmə və gənclər arasında tütünün yayılmasının qarşısını almağın zəruriliyini vurğulayıblar.
Konfransda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının sektor müdiri Mahir Məmmədov “Sağlamlıq hüquqlarının üstünlüyünün tütünlə mübarizədə əhəmiyyəti”, ASAN Könüllüləri Təşkilatının sədr müavini Fidan Alıyeva “Gənc könüllülərin tütünlə mübarizədə töhfəsi” və “Sağlam düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Nicat Hüseynov “Vətəndaş cəmiyyəti tütünlə mübarizəni dəstəkləyir” mövzusunda çıxış ediblər.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova