Valyuta.com

Gənc mütəxəssislər İstanbul Universitetinin onlayn kurslarında iştirak ediblər

Gənc mütəxəssislər İstanbul Universitetinin onlayn kurslarında iştirak ediblər

Azərbaycan Tibb Universiteti (ATU) ilə İstanbul Universiteti rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən rezidentlər və gənc həkimlər üçün mütəmadi onlayn kurslar təşkil olunur.
İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin, ATU-nun Ümumi cərrahiyyə və I Cərrahi xəstəliklər kafedralarının təşkilatçılığı ilə keçirilən növbəti belə kurs Tədris Cərrahiyyə Klinikasında baş tutub. İki gün davam edən təlimdə Azərbaycanın gənc həkimləri və rezidentləri Türkiyənin tanınmış tibb alimlərinin onlayn mühazirələrini dinləyib, müxtəlif mövzularda suallar səsləndiriblər.
Kurs barəsində məlumat verən Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev bildirib ki, Beynəlxalq Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti həm Türkiyədə, həm də Avropada nüfuz qazanmış qurumdur. Həkimlərin təlimlərdə fəal iştirak etdiyini söyləyən E.Agayev həmçinin məlumat verib ki, gələn ilin yanvar ayında endoskopik-laparoskopik, yoğun və nazik bağırsaq əməliyyatları ilə bağlı onlayn kursların keçirilməsi də planlaşdırılır.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova