Valyuta.com

Noyabrda nikaha daxil olmaq istəyən 10,7 min nəfər tibbi müayinədən keçib

Noyabrda nikaha daxil olmaq istəyən 10,7 min nəfər tibbi müayinədən keçib

2015-ci il iyunun 1-dən başlayaraq, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi uğurla tətbiq edilir. Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10 738 nəfər tibbi müayinədən keçib.
Bu barədə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, ötən ay müayinədən keçənlərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə İİV infeksiyası aşkarlanıb. Müayinələr nəticəsində 38 cütlükdə hər iki nəfərin talassemiya daşıyıcısı olduğu aşkar edilib.
Zöhrə Əlimirzəyeva həmçinin məlumat verib ki, 2017-ci il ərzində 23 hamilə qadında prenatal müayinə aparılıb. Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam doğulub.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova