Valyuta.com

Dəm qazından zəhərlənmələr xeyli azalıb

Dəm qazından zəhərlənmələr xeyli azalıb

Bu ilin əvvəlindən Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə “dəm qazından zəhərlənmə” diaqnozu ilə bağlı 190 xəstə daxil olub. Bu, 2016-cı ilin müvafiq dövrünün göstəricisi (455 müraciət) ilə müqayisədə 2,4 dəfə azdır.
Bu barədə Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin toksikologiya üzrə baş mütəxəssisi Azər Maqsudov jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, hesabat dövründə dərman vasitələrindən zəhərlənmə ilə bağlı müraciətlərin sayında da əhəmiyyətli dərəcədə azalma müşahidə olunur: “Keçən ilin müvafiq dövründə bu diaqnozla 1062 pasiyent daxil olduğu halda, 2017-ci ildə müvafiq rəqəm 602-dir. Sirkə turşusundan zəhərlənmə ilə bağlı 254 müraciət (2016-cı ildə 237 müraciət), allergik zəhərlənmə ilə bağlı 208 müraciət (2016-cı ildə 236 müraciət), göbələkdən zəhərlənmə ilə bağlı 12 müraciət (2016-cı ildə 25 müraciət), uyuşdurucu vasitələrdən zəhərlənmə ilə bağlı 3 müraciət (2016-cı ildə bu cür müraciətlər olmayıb), etanoldan zəhərlənmə ilə bağlı 103 müraciət (2016-cı ildə 86 müraciət) olub. Bundan əlavə, hesabat dövrü ərzində ilan sancması ilə əlaqədar 104 nəfər (2016-cı ilə 90 nəfər), qaraqurd sancması ilə əlaqədar 5 nəfər (bu, 2016-cı ilin müvafiq göstəricisindən iki dəfə azdır) Toksikologiya şöbəsinə müraciət edib”.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova