Valyuta.com

İspaniya mətbuatı Azərbaycanda uğurla keçən nadir əməliyyat haqqında yazıb

İspaniya mətbuatı Azərbaycanda uğurla keçən nadir əməliyyat haqqında yazıb

İspaniyanın “Cuatro” telekanalının saytında Azərbaycan həkimlərinin yeni doğulmuş körpə üzərində keçirdiyi uğurlu əməliyyat haqqında məqalə dərc edilib.
Bel nahiyəsində əlavə cinsi orqanla doğulmuş körpə üzərində K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda aparılan əməliyyat İspaniya mətbuatının diqqətini cəlb edib. Sayt İnstitutun Erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinin müdiri Gündüz Ağayevin icra etdiyi əməliyyatın detalları haqqında məlumat verib.
Cərrah özü əməliyyat haqqında mətbuata verdiyi açıqlamasında bildirib ki, körpə anomal patologiya ilə doğulub: “Onun normal cinsiyyət orqanı ilə yanaşı, bel nahiyəsində yerləşən ikinci cinsiyyət orqanı da olub. Parazit orqan əslində körpənin əkiz qardaşına aid olub, lakin ikinci körpə ana bətnində inkişafdan dayanıb. Ondan faktiki olaraq yalnız bir orqan qalıb, o da qardaşının belinə bitişərək orada inkişaf edib. Parazit orqan cərrahi yolla, körpənin kürəyinə, digər orqanlarına zərər vermədən kəsilib. Əməliyyat olunan uşaq artıq evə yazılıb. O indi yaşıdlarından heç nə ilə fərqlənmir”.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova