Valyuta.com

Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresi

Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli Konqresi

Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) VI Milli Konqresi keçirilib.
Tədbirin ilk günü müxtəlif mövzular üzrə, o cümlədən aritmologiya, heyvan ürəklərinin disseksiyası ilə ürəyin anatomiyası kursları təşkil edilib.
Konqresin ikinci günü “Ürəyin işemik xəstəliyi”, “Arterial hipertoniya”, “Ateroskleroz, dislipidemiya və qidalanma”, “Miokard xəstəlikləri” mövzularında panel sessiyaları və “Bayılma: Kimə müraciət etməli?” mövzusunda “dəyirmi masa” ilə davam etdirilib.
Tədbirin “Aritmiya” mövzusunu əhatə edən son günü ürək çatışmazlığı, qapaqlar və invaziv texnologiyalar barədə məruzələr dinlənilib.
Konqres Azərbaycanda invaziv kardiologiyanın inkişaf tarixi üzrə “dəyirmi masa” ilə başa çatıb.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova