Valyuta.com

Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar ürək əməliyyatı olunublar

Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar ürək əməliyyatı olunublar

Anadangəlmə mürəkkəb ürək qüsuru olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat olunaraq sağlamlığa qovuşublar. Mərkəzi Klinikada icra edilən əməliyyatları yerli cərrahlarla İsveçrədən dəvət olunmuş mütəxəssislər birgə həyata keçiriblər.
Bu barədə AZƏRTAC-a klinikanın baş həkimi, kardiocərrah Kamran Musayev məlumat verərək deyib ki, 12 xəstə uşaq üzərində aparılmış əməliyyatların hamısı uğurla nəticələnib, onlarda mövcud anadangəlmə ürək qüsurları aradan qaldırılıb. Bundan sonra onlar öz yaşıdları kimi normal həyata davam edə biləcəklər. K.Musayev bildirib ki, uşaqlardan biri ongünlük və 2,5 kiloqram çəkidə olub, üçündə isə əvvəllər başqa yerlərdə icra olunmuş əməliyyatlardan sonra təkrar əməliyyat həyata keçirilib.
Baş həkim bu aksiyada Heydər Əliyev Fondunun əvəzolunmaz rolunu xüsusi vurğulayıb, qeyd edib ki, ölkəmizdə bu cür mürəkkəb və kompleks şəklində əməliyyatların aparılması səhiyyəmizin, kardiologiyanın və kardiocərrahiyyənin yüksək inkişafının göstəricisidir.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova