Valyuta.com

Milli Oftalmologiya Mərkəzinin direktoru Moskvada Fəxri medalla təltif olunub

Milli Oftalmologiya Mərkəzinin direktoru Moskvada Fəxri medalla təltif olunub

Moskvada “Qlaukoma: nəzəriyyələr, tendensiyalar, texnologiyalar” mövzusunda keçirilən XI Beynəlxalq Oftalmoloji Konqresdə Azərbaycanı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov təmsil edib.
Otuz ölkədən 1200 oftalmoloqun iştirak etdiyi tədbirdə qlaukomanın yeni müalicə üsulları və müasir əməliyyat növləri barədə fikir mübadiləsi aparılıb. İki gün davam edən konqresdə səkkiz bölmə üzrə 170 məruzə dinlənilib.
Professor E.Qasımov ölkəmizdə bu xəstəliklə bağlı tətbiq olunan yeni texnologiyalar və müalicə üsulları barədə məlumat verib.
Forumda Elmar Qasımov “Azərbaycanda qlaukomanın erkən diaqnostikasının və müalicəsinin təşkili” proqramına görə akademik Arkadi Nesterov adına Fəxri medalla təltif olunub.шаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova