Valyuta.com

Leykozun diaqnostikası üçün immunohistoloji laboratoriya açılıb

Leykozun diaqnostikası üçün immunohistoloji laboratoriya açılıb

Son vaxtlar leykozların diaqnostikası və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu, ilk növbədə, molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə və müxtəlif leykoz növlərinin hədəf terapiyası metodlarının işlənib hazırlanmasına aiddir. Hazırda inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində əldə olunan tərəqqi, yeni dərman preparatlarının və müalicə üsullarının istifadəsi, diaqnostika və müalicə nəticələrinin qiymətləndirilməsində yeni metodların tətbiqi bu ağır patologiyadan əziyyət çəkənlərin xəstəlik proqnozunu əhəmiyyətli şəkildə dəyişdirib. Əgər əvvəllər qanın bədxassəli xəstəlikləri mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilirdisə, indi onlar sağalması mümkün olan xəstəliklər sırasına daxil edilib.
Bu barədə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda (ETHTİ) leykoz xəstəliyinin diaqnostikasını ən müasir səviyyədə aparmağa imkan verən immunohistoloji laboratoriyanın açılışı münasibətilə keçirilən mətbuat konfransında məlumat verilib.
Onkohematoloji xəstəliklərlə mübarizəni səhiyyənin ən aktual problemlərindən biri adlandıran İnstitutun direktoru Zöhrə Əlimirzəyeva qeyd edib ki, Səhiyyə Nazirliyinin rəhbərliyi ilə ETHTİ-da bu sahədə diaqnostika beynəlxalq standartlara uyğun aparılır, leykoza gətirib çıxaran pozulmalar həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) praktikada müəyyən edilir: “Ümumiyyətlə, 2017-cı ildə 6 mindən çox laborator müayinə aparılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" belə xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, onlardan əlillik və ölüm hallarının azaldılmasına yönəlib.
Z.Əlimirzəyeva leykozların müayinəsində çox böyük və həlledici rol oynayan immunohistoloji müayinələrin aparılması üçün açılan bu laboratoriyanın üstünlükləri barədə jurnalistlərə bildirib ki, ən müasir avadanlıq və reaktivlərlə təchiz olunmuş laboratoriyada 48 növ müayinə aparılır: “Bu müayinələr onkohematoloji xəstəliklərin differensial diaqnostikasına, ən başlıcası isə, onların müalicəsində ən müasir üsul hesab olunan hədəf terapiyasını seçməyə və onun monitorinqini aparmağa imkan verir. Bütün bunlar leykozlu xəstələrin innovasion preparatlarla, ən müasir standartlara uyğun şəkildə müalicə olunmasını təmin edir. İnnovasion preparatlar orqanizmin digər hüceyrə və orqanlarına deyil, birbaşa şiş hüceyrələrinə təsir göstərərək, onların məhv edilməsinə yönəldilib. Tətbiq edilən həmin müasir diaqnostika və müalicə metodları son nəticədə xəstələrin həyat keyfiyyətinin yaxşılaşması və ömrünün uzanmasına səbəb olur”.
Jurnalistlərə həmçinin məlumat verilib ki, qanın bədxassəli xəstəlikləri mürəkkəb, sosial əhəmiyyətli, geniş yayılmış, ağır klinik gedişli və yüksək ölüm səviyyəsi olan xəstəliklərdir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Həmin qrup xəstəliklər uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50 %-ə yaxın) malikdir. Leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəblərindəndir.
Statistik məlumatlara görə, hazırda ölkəmizdə qeydiyyatda olan 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyindən əziyyət çəkir.
Açılış mərasimində bildirilib ki, 2017-ci ildə Dövlət Proqramı çərçivəsində immunohistoloji müayinələrin aparılması üçün yeni laboratoriyanın yaradılması həmin xəstəliklərin müalicəsində çox böyük irəliləyişə səbəb olacaq. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmayacaq.шаблоны для dle 11.2





Yanvar 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova