Valyuta.com

Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günü

Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Günü

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) Ümumdünya Pnevmoniyaya qarşı Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.
Toplantıda çıxış edən RKX baş həkiminin müavini Mahir Babayev bildirib ki, ölkəmizin səhiyyə sistemində həyata keçirilən köklü islahatlar, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi, həkimlərin və tibb işçilərinin ixtisas səviyyəsinin artırılması nəticə etibarilə tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırır. Diqqətə çatdırılıb ki, son illərdə ölkəmizdə infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində davamlı epidemioloji sabitlik yaranıb.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Terapiya kafedrasının dosenti, tibb elmləri doktoru Natəvan Fərəcova qeyd edib ki, kəskin infeksion xəstəliklərdən olan pnevmoniya və ya ağciyər sətəlcəmi əhalinin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri, bədxassəli törəmələr, travmatizm və zəhərlənmələrdən sonra dördüncü yeri tutur. O deyib ki, pnevmoniyanın törədiciləri olan viruslar, bakteriyalar və göbələklərin orqanizmə düşməsi yolları müxtəlifdir. İnfeksiya çox vaxt hava-damcı yolu ilə, bəzən də qan axını vasitəsilə yayılır. Xəstəliyin simptomları onu doğuran səbəblərdən, xəstənin yaşından və səhhətinin vəziyyətindən asılıdır. Yaşlı pasiyentlər, immuniteti zəif olan insanlar və immun sistemi mükəmməl olmayan uşaqlar bu xəstəliyi daha ağır keçirir, onlarda ağciyər fəsadları müşahidə olunur. Kəskin respirativ xəstəliklər, kəskin virus infeksiyaları fonunda ağciyər sətəlcəmi qripəoxşar simptomlarla müşayiət olunur.
N.Fərəcova təəssüflə qeyd edib ki, son vaxtlar dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da pnevmoniya xəstəliyi geniş yayılıb: “Ölkəmizdə orta hesabla hər 100 000 uşaqdan 6-sı bronxit və pnevmoniyadan əziyyət çəkir. Hər 1000 nəfərdən 10-13-də, 50 yaşdan yuxarı insanlar arasında isə hər 1000 nəfərdən 17-də kəskin pnevmoniya müşahidə olunur. Paytaxtla müqayisədə regionlarda bu xəstəliklə bağlı statistik göstəricilər daha yüksəkdir. Statistik məlumata görə, Azərbaycanda pnevmoniya qadınlarla müqayisədə kişilər arasında daha çox yayılıb. Qeyd etmək lazımdır ki, özünümüalicə hallarında pnevmoniya və digər fəsadlar yaranması riski xeyli artır. Belə xəstələr çox vaxt hərarətsalıcı vasitələr qəbul etməklə kifayətlənirlər. Bu isə infeksiyanın nəfəs yolları ilə yayılmasına və ağciyərlərdə infeksiya ocaqları yaranmasına səbəb olur. İnfeksion xəstəliklər zamanı pnevmoniyanın profilaktikası məqsədilə vaxtında düzgün diaqnoz qoyulması və tam müalicə kursu keçmək zəruridir”.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova