Valyuta.com

Beynəlxalq Gözdən Əlillər Günü

Beynəlxalq Gözdən Əlillər Günü

Cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlər problemlərinə cəlb etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-nü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edir. ÜST-nin məlumatına görə, hazırda dünyada təxminən 124 milyon insan görmə qabiliyyətini tam itirib və qarşıdan gələn illərdə onların sayı daha da arta bilər.
Azərbaycan dövləti digər əlillik statusu olanlar kimi, gözdən əlil insanlara da xüsusi diqqət və qayğı göstərir. Onların etibarlı sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması istiqamətində tədbirlər hər il daha da gücləndirilir.
Bunu AZƏRTAC-a müsahibəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib. O qeyd edib ki, dünya əhalisinin təxminən 300 milyonu görmə zəifliyi ilə üzləşir. Ölkəmizdə bu rəqəm təxminən 40 min nəfər təşkil edir və təəssüf ki, onların 8 minə yaxını uşaqlardır. Mütəxəssislərin fikrincə, vaxtında müayinə və müalicəyə cəlb edildikdə belə insanların 80 faizinin görmə fəaliyyətini bərpa etmək mümkün ola bilər.
Y.Abdiyeva söyləyib ki, dünyada 2020-ci ilə qədər görmə problemi ilə üzləşənlərin sayının minimuma endirilməsi və 80 faiz halda korluğun qarşısının alınması uğrunda mühüm addımlar atılır. Ölkəmizdə də əhalinin bu sahədə sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülür.

Göz sağlamlığı üçün xeyriyyə aksiyası

Hər il Beynəlxalq Gözdən Əlillər Günündə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da müxtəlif tədbirlər, aksiyalar təşkil olunur.
Bu il həmin tarix münasibətilə Respublika Diaqnostika Mərkəzinin (RDM) Oftalmologiya şöbəsi göz xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti xeyriyyə aksiyası keçirib.
RDM-in Oftalmologiya şöbəsinin müdiri, tibb elmləri namizədi Xəlil Hüseynovun verdiyi məlumata görə, əhalinin sağlamlığının qorunması naminə mütəmadi olaraq keçirdikləri xeyriyyə aksiyaları qəbilindən növbəti tədbirdə göz problemləri olan 60 insan müayinə edilib. Yaşla əlaqəli və fəsadlı kataraktadan əziyyət çəkən 30 nəfər əməliyyat olunaraq göz sağlamlığına qovuşub.

MOM Səyyar Klinikası Şəmkirdə və Tovuzda müayinələr aparıb


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Şəmkir şəhərində keçirdiyi humanitar aksiyada klinikanın 12 nəfərdən ibarət həkim və tibb işçisi heyəti ehtiyacı olanları müayinə edib, 20 cərrahi əməliyyat aparıb. Bundan əlavə, Mərkəzin təşkilatçılığı ilə bu rayonda Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı bir sıra maarifləndirmə tədbirləri də keçirilib.
Analoji aksiya Tovuz rayonunda da baş tutub.

Ölkəmizdə buynuz qişasının transplantasiyası mümkün olacaq

Beynəlxalq Gözdən Əlillər Günü ərəfəsində Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı brifinq keçirilib.
Tədbirdə çıxış edən mərkəzin Uşaqlarda gözün patologiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fərəh Abduləliyeva ölkəmizdə 3000-dən artıq xəstənin bu əməliyyatı gözlədiyini, bunların təxminən 20 faizinin uşaqlar olduğunu bildirib: “MOM olaraq biz uzun illərdir ki, dövlətimizin bu əməliyyatın ölkəmizdə icrasına icazə verməsini arzu edirdik. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Azərbaycanda keratoplastika əməliyyatının aparılmasına və lazımi donor materialının ölkəmizə gətirilməsinə dair Fərman imzalayıb. Biz həkimlər bu addımdan faydalanaraq, görmə qabiliyyətini itirmiş insanlara yenidən işıq bəxş edə, onları fəal həyata qaytara bilərik”.
F.Abduləliyeva bildirib ki, buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. Artıq həmin ölkələrin donor bankları ilə danışıqlar aparılıb, razılıq əldə olunub. Hazırda sənədləşdirmə işləri aparılır və yaxın bir neçə həftə ərzində Azərbaycana gözün buynuz qişası gətiriləcək. İlk mərhələdə bu əməliyyat təcili ehtiyacı olanlara icra ediləcək.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova