Valyuta.com

Bu il nikah öncəsi müayinələrdə 35 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb

Bu il nikah öncəsi müayinələrdə 35 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb

Məlum olduğu kimi, ailə həyatı qurmağa hazırlaşan gənclər 2015-ci ilin iyunundan etibarən nikahdan əvvəl tibbi müayinədən keçirlər. Aparılan həmin tibbi müayinələrə 14 gün ərzində cavab verilir. "ASAN xidmət" mərkəzlərində bu proses daha tez başa gəlir. Nikahdan əvvəl aparılan müayinələrin əsas məqsədi cütlüklərin talassemiya daşıyıcısı olub-olmadığını və bəzi infeksiyalara yoluxub-yoluxmadıqlarını aydınlaşdırmaqdan ibarətdir.
B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, bu il müayinə olunanlar arasında 35 cütlükdə hər iki gəncin talassemiya daşıyıcısı olduğu aşkar edilib və onlara bu barədə məlumat verilib. Həmin cütlüklərdən 10-u nikaha girməkdən imtina edib.
İnstitutdan onu da bildiriblər ki, müayinələr nəticəsində talassemiya daşıyıcılığı və ya infeksiya aşkar edildiyi təqdirdə cütlüklərlə söhbət aparılır və gələcəkdə onların övladlarının da həmin xəstəlikdən əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq edilir. Bundan sonra seçim etmək və qərar qəbul etmək gənclərin öz üzərinə düşür. Həmçinin qeyd edilib ki, son vaxtlar hətta nişanlanmamışdan əvvəl də yoxlanılmaq üçün müraciət edənlər var.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova