Valyuta.com

Gəncədə tibbi elmi-praktik konfrans keçirilib

Gəncədə tibbi elmi-praktik konfrans keçirilib

Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Gəncədə Dövlət Bayrağı Gününə həsr olunmuş “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, anestezioloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Toplantıda yerli səhiyyə orqanlarına dəstək məqsədilə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti İkram Rüstəmov və I Uşaq xəstəlikləri kafedrasının assistenti Nigar Sədiyeva, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, eləcə də Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Kəlbəcərdən olan məcburi köçkünlərin tibbi müayinələri həyata keçirilib.
Elmi-praktik konfransda Şəki, Kəlbəcər, Sumqayıt və Gəncə tibb müəssisələrinin həkimləri iştirak ediblər.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova