Valyuta.com

Bölgələrdə pediatrlar üçün təlimlər keçirilir

Bölgələrdə pediatrlar üçün təlimlər keçirilir

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Səhiyyə Nazirliyi və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında 2016-2017-ci illər üçün imzalanmış Fəaliyyət Proqramına əsasən, ölkəmizin müxtəlif bölgələrində pediatrlar üçün körpə və erkən yaşlı uşaqların qidalanmasına və uşaq inkişafının monitorinqinə həsr olunmuş təlimlər keçirilməyə başlanıb.
Təlimləri Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti və Bakı Uşaq Bərpa Müalicə Mərkəzinin mütəxəssisləri aparırlar.
Quba Perinatal Mərkəzində təşkil olunan ilk təlimdə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 30 pediatr və nevroloq iştirak edib. “Körpə və erkən yaşlı uşaqların qidalanması” və ”İnkişafın dəstəklənməsi və izlənməsi üzrə Beynəlxalq Rəhbərliyin istifadəsi” mövzularına həsr edilən təlimdə həkimlərə uşaqların düzgün qidalanması və inkişaf çətinliklərinin erkən aşkarlanmasına dair yeni yanaşmalar həm mühazirə, həm də praktiki məşğələlər vasitəsi ilə təqdim olunub.
İlin axırınadək həmin təlimlərin Şəki və Lənkəran rayonlarında da keçirilməsi nəzərdə tutulub.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova