Valyuta.com

“Diz oynağı nahiyəsində sınıqların müalicəsi”

“Diz oynağı nahiyəsində sınıqların müalicəsi”

Bakıda bu mövzuda beynəlxalq seminar keçirilib


Bakıda Azərbaycan travmatoloqları və ortopedləri üçün keçirilmiş “Diz oynağı nahiyəsində sınıqların müalicəsi” mövzusunda beynəlxalq seminarda ölkənin müxtəlif regionlarından 30-dək travmatoloq və ortoped iştirak edib.
Travmatoloji problemləri olan pasiyentlərin müalicəsinin keyfiyyətini artırmaq üçün elmi yenilikləri yaymaq məqsədi daşıyan Beynəlxalq Travmatoloq-Ortoped Cərrahlar və Dayaq-Hərəkət Aparatı Tədqiqatçıları Cəmiyyəti (“AOTrauma”) və bu qurumun Azərbaycan üzrə əlaqələndiricisi, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) aparıcı elmi əməkdaşı, dosent Aydın Qəhrəmanov tərəfindən təşkil edilən kurs-seminarda bu sahədə tanınmış xarici mütəxəssislər Stiven Mitçel (ABŞ), Mark Cekson və Stiven Şelkun (hər ikisi Böyük Britaniya), habelə ETTOİ-nin professoru Qələndər Canbaxışov və başqa ekspertlər məruzələrlə çıxış edərək, ağır travmaların müalicəsində təcrübələrini bölüşüblər.
Tədbirdə bu sahədə dünya təcrübəsinin yenilikləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, düzgün biliklərlə cərrahi təcrübəni savadlı şəkildə uzlaşdırmaq travmatoloqlara nəzəriyyəni təcrübədən keçirmək və sınıqların müalicəsinin nəticələrini yaxşılaşdırmaq imkanı verir.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova