Valyuta.com

Caspian Energy Medical Forum

Caspian Energy Medical Forum

Səhiyyə Nazirliyinin dəstəyi ilə Caspian Energy Forum-un səhiyyəyə həsr olunmuş xüsusi sessiyası – Caspian Energy Medical Forum təşkil olunub.
Biznes-forumda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev Caspian European Clubun idarə heyətinin üzvlərini salamlayıb, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. “Bizim qapılarımız Azərbaycanın tibb sahəsində fəaliyyət göstərən iş adamlarının üzünə həmişə açıqdır. Özəl müəssisələrin sayının günbəgün artması sevindirici haldır. Biz də öz növbəmizdə bu işə yardım etməyə çalışırıq”, - deyə nazir müavini bildirib. Onun dediyinə görə, indiyə qədər 875 özəl tibb, 2378 əczaçılıq müəssisəsinə lisenziya verilib.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev konstruktiv dialoqa, biznesmenlərin, Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin problemlərinin həllinə verdiyi operativ reaksiyaya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O vurğulayıb ki, Caspian European Club Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb olunmasında, kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır.
Caspian European Club və Caspian American Club-un yeni seçilən icraçı direktoru Mustafa Abbasbəyli ona göstərilən yüksək etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib. O, Caspian Energy Medical Forum-dan bir qədər əvvəl Caspian European Club-un tərkibinə daxil olan Medical Club sahə klubunun qapalı iclasının keçirildiyini deyib. Toplantıda səhiyyə sahəsində tətbiq edilməsi vacib olan təkliflər və problemlər müzakirə olunub.
Forumda həmçinin Caspian European Club çərçivəsində sahə klublarının rəhbərləri, tibb klubunun prezidenti Vüqar Eyvazov və maliyyə klubunun prezidenti Anar Bayramov çıxış ediblər.
Biznes-forumda Elsevər Ağayevə Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.
Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyədən olan 100-dən çox biznesmenin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin və ölkəmizdə qeydiyyata alınmış diplomatik nümayəndəlik başçılarının iştirak etdiyi tədbirdə biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların həlli ilə bağlı problem və təkliflər dinlənilib.
Caspian Energy Medical Forum çərçivəsində səhiyyə nazirinin müavini Elsevər Ağayevin jurnalistlər üçün brifinqi də təşkil olunub.
Nazir müavini xatırladıb ki, dövriyyəsinə nəzarət edilən və dövriyyəsi məhdudlaşdırılan psixotrop dərman preparatlarının siyahısı Milli Məclisdə təsdiq edilib və mütəmadi olaraq həmin siyahıda düzəliş və əlavələr edilir: “Bu yaxınlarda Səhiyyə Nazirliyi 50 milliqramlıq tramadol dərman preparatını da həmin siyahıya əlavə etmək üçün müraciət edib. Belə preparatların apteklərdə reseptsiz satışı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar nəzərdə tutulub və buna yol verənlər qanuna müvafiq şəkildə cəzalandırılırlar. 2015-2017-ci illərdə sahibkarlıq fəaliyyətinin inkişafına kömək məqsədilə yoxlamalar dayandırılmışdı və buna müvafiq olaraq Səhiyyə Nazirliyi də yoxlamalar apara bilmirdi. İndi yoxlamaların dayandırılması 2017-2021-ci illərə qədər uzadılsa da, Səhiyyə Nazirliyinə dərman preparatlarının yoxlanması səlahiyyəti verilib”.
Elsevər Ağayev onu da əlavə edib ki, lisenziyasız fəaliyyət göstərən apteklər və tibb müəssisələri inzibati qaydada cəzalandırılır: “Bu sahədə olan iqtisadi cəzaların məbləği heç də az deyil. Fiziki və hüquqi şəxsdən asılı olaraq, qanunu pozan müəssisələr 500 manatdan 30 min manatadək cərimə ödəməli olurlar”.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin rəyi əsasında Daxili İşlər Nazirliyi tərəfindən belə dərmanları satan müəssisələrə xüsusi lisenziya verilir və həmin icazə verilən apteklərin də sayı məhduddur, təxminən ümumi apteklərin 10 faizindən az hissəsində buna icazə verir.
İcbari tibbi sığorta barədə jurnalistlərin suallarına cavab verərkən nazir müavini deyib: “Əvvəllər dövlət tibb müəssisələri büdcədən maliyyələşdirildiyinə görə ödənişli əsaslarla xidmət göstərilmirdi. Lakin indi icbari tibbi sığortaya keçilən vaxtda onların xüsusi hesablarının olmaması fəaliyyətlərində problem yarada bilər. Ona görə də onlar publik hüquqi şəxsə çevrilirlər. Həmin müəssisələr həm büdcədən maliyyələşə bilərlər, həm də digər mənbələrdən maliyyələşməsi də qanuna zidd deyil”.
Nazir müavini mövzunu davam etdirərək əlavə edib ki, bu ilin əvvəllərindən icbari tibbi sığorta ilə əlaqədar Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələri həyata keçirilir: “Ehtimal olunur ki, həmin layihələrin arealı gələn ildən bir qədər də genişləndirilsin. İcbari tibbi sığorta həssas məsələdir. Bir sıra dünya ölkələri öz təcrübələrində tibbi sığortanın qəbulundan sonra onu ləğv edib, sonra yenidən tibbi sığortaya qayıdıb. Ona görə də elə model seçilməlidir ki, gələcəkdə onu dəyişmək lazım olmasın”.
Elsevər Ağayev ötən həftə Prezident İlham Əliyevin gözün buynuz qişasının ölkəyə idxalı barədə Fərmanı ilə bağlı suallara cavab verərkən deyib: "Oftalmoloqların qaldırdığı bu məsələyə Milli Məclisdə baxıldı və dövlət başçısı da buna müsbət qərar verdi. Yəqin ki, indi mütəxəssislər məsələni araşdırıb, bu sahədə əməkdaşlıq üçün daha sərfəli ölkəni müəyyən edəcəklər. Əsas məsələ odur ki, gözün buynuz qişası da dövriyyəsinə nəzarət edilən xammalların siyahısına daxil edildi".
“ABŞ Dövlət Departamenti rəsmi saytında Azərbaycana gedən ölkə sakinlərinə müəyyən əməliyyatlardan uzaq olmaq və onlara lazım olan dərmanları özləri ilə aparmaq barədə müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mövqeyi nədən ibarətdir?” sualının cavabında nazir müavini söyləyib: “Mən də bu məlumatla mətbuat səhifələrində rastlaşmışam. Bu onların öz seçimidir. Azərbaycanda yaşayan istənilən ölkənin vətəndaşı ölkəmizin tibb ocaqlarına müraciət edərək, səhiyyə sisteminin xidmətindən faydalanır və qürurla deyə bilərəm ki, dünyada aparılan elə bir tibbi əməliyyat yoxdur ki, Azərbaycanın dövlət və özəl səhiyyə müəssisələrində yüksək səviyyədə onu yerinə yetirmək mümkün olmasın”.
Brifinqdə jurnalistləri maraqlandıran digər suallara da cavablar verilib.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova