Valyuta.com

Unun vitamin və minerallarla zənginləşdirilməsi sağlamlığa müsbət təsir edəcək

Unun vitamin və minerallarla zənginləşdirilməsi sağlamlığa müsbət təsir edəcək


Qanunvericiliyə fortifikasiya ilə bağlı dəyişikliklər edilməsi haqqında layihə müzakirə olunub

Azərbaycan Səhiyyə Nazirliyinin və UNICEF-in Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə Bakıda “Azərbaycanda unun zənginləşdirilməsi: zərurət və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə qida məhsullarının, xüsusən unun zənginləşdirilməsi (fortifikasiyası) ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişikliklər edilməsi barədə layihə müzakirə edilib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev toplantıda çıxış edərək qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosialyönümlü düşünülmüş siyasət nəticəsində səhiyyə infrastrukturunun yaradılması prosesləri ölkəmizdə geniş vüsət alıb. Dövlət başçısının tapşırığına müvafiq olaraq, Azərbaycanda əhalinin tibbi müayinəsi aparılır. 2017-ci il fevralın 15-dən mayın 15-dək təqribən 5,5 milyon adam dövlət hesabına profilaktiki müayinədən keçib.
Nazir müavini əsas müzakirə mövzusuna toxunaraq qeyd edib ki, fortifikasiya üyüdülmə zamanı una az miqdarda vitamin və mineralların (vitamin-mineral kompleksinin) əlavə edilməsindən ibarətdir. Bu proses məhsulun keyfiyyətini və qida dəyərini artırır. Unun dəmirlə zənginləşdirilməsi analar arasında anemiya ilə bağlı ölüm hallarını azaltmağa, uşaqların əqli inkişaf səviyyəsini, habelə fiziki dözümlülüyü artırmağa imkan verir. 2003-2005-ci illərdə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın 6 iri unüyüdən müəssisəsində unun fortifikasiyasının sınaqdan keçirildiyini xatırladan E.Ağayev deyib ki, nəticələr bu prosesin səmərəli olduğunu göstərdi: “Unun zənginləşdirilməsi əhalinin sağlamlığını möhkəmləndirməyə xidmət edəcək. Bundan əlavə, bu addım iqtisadi nöqteyi-nəzərdən də çox sərfəlidir. Belə ki, hər il uşaqlar və hamilə qadınlar arasında anemiya halları ilə bağlı iqtisadi itkilər 14,1 milyon manat, böyüklər arasında anemiya ilə bağlı əmək qabiliyyətinin azalması nəticəsində itkilər isə 141,7 milyon manat təşkil edir. Ancaq unun zənginləşdirilməsi yolu ilə bu xərcləri 35-40 faiz, yaxud 55 milyon manat azaltmaq olar. Bu zaman unun zənginləşdirilməsinə çəkilən xərclər 2,3 milyon manat təşkil edəcək və unun fortifikasiyasına xərclənən hər bir manat dövlətin 24-27 manat civarında qənaət etməsinə imkan verəcək”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı unun fortifikasiyası haqqında qanunvericiliyə dəyişikliklər edilməsinə böyük ehtiyac olduğunu vurğulayaraq bildirib ki, unun vitamin və minerallarla zənginləşdirilməsi yolu ilə dəmir və vitaminlər qıtlığının yerinin doldurulması iqtisadi nöqteyi-nəzərdən çox səmərəli, təhlükəsiz, sabit və geniş yayılmış üsuldur. O qeyd edib ki, hazırda dünyanın 87 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada un fortifitikasiya olunur. M.İbrahimqızı onu da xatırladıb ki, 2003-cü il yanvarın 1-dən “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Ölkəmizdə yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması ilə əlaqədar tədbirlərin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən bu Qanun özünün çox səmərəli olduğunu təsdiq edib.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan qeyd edib ki, unun fortifikasiyasının həyata keçirilməsində zəruri mühit, təchizat, tələbat, ictimai təbliğat, habelə dünya standartlarına uyğun dövlət standartları kimi komponentlər mühüm rol oynayır. O vurğulayıb ki, Azərbaycanın duzun yodlaşdırılması sahəsində müsbət təcrübəsi nəzərə alınsa, ölkəmizdə bütün bu komponentlərin dünya standartlarına müvafiq olduğunu demək olar.
Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov, Azərbaycan Tibb Universitetinin Kommunal və qidalanma gigiyenası kafedrasının müdiri İbrahim Əhmədov çıxışlarında bildiriblər ki, anemiya mikroelementlər qıtlığının ən geniş yayılmış fəsadlarından biridir, onunla bağlı problemlər insanların sağlamlığı və firavanlığı üçün ciddi fəsadlara, bütün orqan və sistemlərin, o cümlədən ürək-damar, immun, endokrin, sinir və s. sistemlərin funksiyalarının pozulmasına, düşük risklərinin artmasına, fiziki gücün və dözümlülüyün, nəticədə, iş qabiliyyətinin azalmasına gətirib çıxarır. Bundan əlavə, mikroelementlər qıtlığı uşaqların fiziki (psixomotor) inkişafdan qalmasına, immunitetin zəifləməsinə, infeksiyalara və zərərli ekoloji amillərə davamlılığın azalmasına səbəb olur.
Sonra tədbirdə UNICEF-in mütəxəssisləri Qriqori Gerasimov və Amir Yapparvar məruzələrlə çıxış ediblər.
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilib.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova