Valyuta.com

Gəncə Tibb Kolleci əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilib

Gəncə Tibb Kolleci əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilib

Azərbaycanın Dövlət Müstəqilliyi günündə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, Tibb Kollecinin müəllim və tələbələri əsaslı təmirdən sonra kollecdə yaradılan şəraitlə tanış olublar.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev təhsil müəssisəsində aparılmış təmir işləri, yaradılmış şərait barədə məlumat verərək bildirib ki, kollecin əsas korpusunun birinci mərtəbəsində tələbələrin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. Təhsil ocağında tədris resursları və elmi-praktik konfrans zalı yenidən qurulub, lazım olan bütün texniki vasitələrlə təhciz edilib. Burada həmçinin yeni müasir qazanxana quraşdırılıb, bina mərkəzləşdirilmiş istilik sistemi ilə təhciz edilib.
Bina ilə tanışlıqdan sonra Tibb Kollecinin iclas zalında görüş keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin dünənini və bu gününü əks etdirən videoçarx nümayiş olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, 18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib. O, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, Gəncə Tibb Kollecində tələbələrin yüksək səviyyəli təhsil alması üçün əsaslı təmir işləri aparılaraq, keyfiyyətli şərait yaradıldığını vurğulayıb.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev öz çıxışında Prezident İlham Əliyevə yaradılan şəraitə görə dərin minnətdarlığını bildirib. Hazırda kollecdə 600 nəfər tələbənin təhsil aldığını, 126 nəfərin çalışdığını söyləyən Mehman Rzayev vurğulayıb ki, kollecin təmir işləri bir il müddətində Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşıb.
Digər çıxış edənlər də Gəncədə gedən abadlıq və quruculuq işlərinə, həmçinin Tibb Kollecinin əsaslı təmirinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ediblər.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova