Valyuta.com

Ümumdünya Artritlə Mübarizə günü

Ümumdünya Artritlə Mübarizə günü

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) ötən il 221, bu ilin 9 ayı ərzində isə 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə əlaqədar stasionar müalicə alıb.
Bu rəqəmlər RKX-da Ümumdünya Artritlə Mübarizə gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Toplantıda qeyd edilib ki, dünyada 10 milyonlarla insan oynaqların iltihabi xəstəliyi olan artritin müxtəlif növlərindən əziyyət çəkir. Son 20 ildə Yer üzündə belə xəstələrin sayı 2 dəfə çoxalıb. Şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğu kimi əlamətlərlə təzahür edən artrit müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər, ancaq əksər hallarda bundan yaşlı adamlar əziyyət çəkirlər.
Qeyd edək ki, Ümumdünya Artritlə Mübarizə günü Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1996-cı ildən keçirilir. Bir çox ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilən bu günün əsas məqsədi geniş ictimaiyyətin diqqətini revmatoloji xəstəliklərə cəlb etmək, insanları artritin formaları haqqında məlumatlandırmaq, xəstəliyin erkən diaqnostikası, müalicəsi, tibbi və sosial bərpası, profilaktikası üçün həkimlərin, xəstələrin və ictimaiyyətin səylərini birləşdirməkdir.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova