Valyuta.com

Ölkəmizdə 242 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb

Ölkəmizdə 242 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb

“Hazırda Azərbaycanda endokrinologiya sahəsində ən mühüm addımlar şəkərli diabetlə mübarizə sahəsində atılır. Son hesablamalara görə, ölkəmizdə təxminən 242 min şəkərli diabet xəstəsi endokrinoloji mərkəzdə qeydiyyata alınıb. Bu da ötən ilə nisbətən 12 faiz artım deməkdir. Xəstələrin 73 min nəfəri, o cümlədən 553 uşaq Bakı qeydiyyatındadır. Göstərilən rəqəm sadəcə qeydiyyatda olan xəstələrin sayıdır. Qeydiyyatda olmayan xəstələr də var ki, onlar müxtəlif səbəblərdən mərkəzə müraciət etmir və ya xəstəliklərindən xəbərsizdirlər”.
Bu barədə Respublika Endokrinoloji Mərkəzində keçirilən, endokrinoloji xəstəliklərin müayinəsi və müalicəsinə həsr olunmuş brifinqdə Azərbaycanda endokrinoloji xəstəliklərlə mübarizə sahəsində həyata keçirilən əsaslı tədbirlərdən danışan Mərkəzin həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova məlumat verib. O qeyd edib ki, şəkərli diabet xəstəliyi müəyyən fəsadlarla, həyat keyfiyyətinin aşağı düşməsi ilə müşayiət olunur, buna görə əsas məqsəd xəstəliyin yaranmasının qarşısını almaqdır: “Bütün dünyada ikinci tip diabetdən əziyyət çəkənlər ümumi xəstələrin 90 faizini təşkil edir. Diabetin bu növü anidən yaranmır, orqanizmdə təxminən on il davam edən hansısa prosesin fəsadı olaraq meydana çıxır. Bu səbəbdən də erkən diaqnostika vacibdir”.
N.İsmayılova vurğulayıb ki, hazırda Azərbaycanda diabetli xəstələrin dərmanla bağlı heç bir problemi yoxdur, onlar dövlət tərəfindən dərmanlarla tam təmin edilirlər: “Ölkəmizdə istifadə olunan insulinlər gen mühəndisliyi yolu ilə əldə edilmiş, bioloji insan insulininə tam uyğun preparatlardır. Xəstə uşaqlar həmçinin pompalarla təmin olunurlar”.
Həkim-endokrinoloq bildirib ki, ikinci ən geniş yayılmış endokrin xəstəliyi qalxanvarı vəzidə olan problemlərdir: “Azərbaycanın, demək olar ki, bütün bölgələri endemik zona olduğu üçün bu xəstələrin də sayı artmaqdadır. Qalxanvarı vəzi xəstəliklərinə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bu problemlər özünü daha çox hamiləlik zamanı büruzə verir.
Endokrin xəstəliklər arasında piylənməni də qeyd etmək lazımdır. Belə ki, piylənmə şəkərli diabet, yumurtalıqların polikistoz sindromu, uşaqlarda inkişafın düzgün getməməsi ilə müşayiət olunan patologiyadır. Xəstəliyin hazırda ən çox rastlanan yaranma səbəbləri kompüter qarşısında işləmək, hərəkətsiz həyat tərzi və fastfood yeməkləridir. Bütün bu amillər çəkinin artmasına səbəb olur”.
N.İsmayılova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilati və Beynəlxalq Diabet Assosiasiyası 2015-ci ildə dünyada 2025-ci il üçün proqnozlaşdırılmış sayda şəkərli diabet xəstəsinin qeydiyyata alındığnı bəyan edib. Bu isə bu xəstəlik üzrə artım tendensiyasının sürətlənməsinin əsas göstəricisidir.

Ü.Fərzəliyevaшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova