Valyuta.com

"Fizioterapiyada müasir texnologiyalar"

"Fizioterapiyada müasir texnologiyalar"


Bakı Ürək Mərkəzində bu mövzuda elmi-praktik seminar keçirilib

Respublika Diaqnostika Mərkəzinin (RDM) nəzdindəki Bakı Ürək Mərkəzində "Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fizioterapevt və reabilitoloqların toplaşdığı seminarda xarici mütəxəssislər də iştirak ediblər.
Tədbirdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Tibbi bərpa, reabilitasiya və kurortologiya kafedrasının assistenti, tibb elmləri namizədi, dosent Tatyana Lukyanova “Fizioterapiyada müasir texnologiyalar”, “Baku Clinic”in Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Sənan Cəfərov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş həkimi Vyaçeslav Xomenko “Kliniki hallar” mövzularında məruzələrlə çıxış ediblər.
Respublika Diaqnostika Mərkəzinin Fizioterapiya və reabilitasiya şöbəsinin fizioterapevti Əziz Dəvrişov Mərkəzdə yaradılmış şərait, peşəkar mütəxəssislər və müasir tibbi avadanlıqlar vasitəsilə göstərilən xidmət barədə məlumat verib: “Ölkəmizdə ilk dəfə fizioterapiya və reabilitasiya sahəsində kardioreabilitasiyanın mərkəz şəklində yaradılması xüsusi əhəmiyyət daşıyır. Burada həmçinin disk yırtıqlarının cərrahiyyəsiz müalicəsinin aparılması xüsusilə qeyd edilməlidir. Reabilitasiyanın bütün sahələrinin – nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın eyni mərkəzdə cəmləşməsi də Mərkəzi digər tibb müəssisələrindən fərqləndirən cəhətdir. Hədəfimiz ölkədə bütün növ reabilitasiya xidmətlərinin ən yüksək səviyyədə inkişafına nail olmaqdır”.
Həmçinin vurğulanıb ki, fizioterapiya və reabilitasiya şöbəsində cərrahiyyəsiz, dərmansız və keyfiyyətli müalicə həyata keçirilir, bütün xəstələrə fərdi nəzarət olunur. Ən müasir avadanlıqların istifadəsi isə xüsusi olaraq burada tətbiq edilir. Mərkəzdə qeyri-invaziv biocərrahiyyənin ən yeni üsulu olan zərbə-dalğalı terapiya, lazer və tekar terapiya, maqnitoterapiya, akupunktura, manual terapiya, masaj, limfodrenaj kimi üsullar da tətbiq olunur.
Seminar zərbə-dalğalı terapiya və yüksək intensivli lazer üzrə praktik məşğələlərlə davam edib. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Respublika Diaqnostika Mərkəzinin hazırladığı “Fizioterapiya və reabilitasiya” kitabçası təqdim olunub.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova