Valyuta.com

Oftalmoloqların IV Regional Konfransı

Oftalmoloqların IV Regional Konfransı

Naxçıvanda Azərbaycan oftalmoloqlarının “Müasir oftalmologiya elminin inkişafı, nailiyyətlər və problemlər” mövzusunda IV regional konfransı keçirilib.
Öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər. Sonra Heydər Əliyev muzeyinə baxış olub.
Naxçıvan Muxtar Respublikası (MR) Xəstəxanasında keçirilən tədbiri Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov açaraq, ölkəmizdə səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb.
Naxçıvan MR-nın Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov əvvəlcə Ali Məclis Sədrinin adından konfrans iştirakçılarına uğurlar arzulayıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. R.Məmmədov Naxçıvan MR-da bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafı istiqamətində də mühüm işlər görüldüyünü deyib. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə səhiyyə sisteminin yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması, səhiyyə infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində ardıcıl işlər aparıldığını vurğulayıb. Bununla yanaşı, ixtisaslı tibbi kadrların hazırlanmasının xüsusilə diqqət mərkəzində saxlanıldığını, həkimlərin müxtəlif ixtisasartırma kurslarına cəlb olunduğunu söyləyib. O həmçinin müxtəlif mövzularda konfranslar təşkil edildiyini, birgə müayinələrin, cərrahi əməliyyatların həyata keçirildiyini dilə gətirib.
Şöbə müdiri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin IV Regional Konfransının keçirilməsi ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib, hər il yüksək ixtisaslı həkim briqadalarının yerli həkimlərlə birgə çox sayda müxtəlif cərrahi əməliyyatları uğurla həyata keçirməsini xatırladıb, bunların həm əhalinin sağlamlığının qorunmasında, həm də yerli həkimlərin təcrübələrinin artırılmasında əhəmiyyətli rola malik olduğunu diqqətə çatdırıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Naxçıvan MR-da səhiyyənin inkişafındakı fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edildiyini deyən R.Məmmədov Fəxri Fərmanı Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımova təqdim edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, konfransın Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil: “Azərbaycanın qədim diyarlarından olan Naxçıvanda səhiyyənin inkişafı, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülür. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti də yarandığı gündən ölkəmizdə oftalmoloqların peşəkarlığının artırılmasında öz dəstəyini əsirgəməyib, eyni zamanda, onların üzləşdiyi problemlərin həllində də yardım göstərib. Naxçıvanda bu tədbirin keçirilməsində də məqsəd göz xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir”.
Qeyd edək ki, konfransda ölkəmizin digər regionlarından olan oftalmoloqlar da göz xəstəlikləri ilə bağlı mühazirələrini təqdim ediblər. Toplantıda MOM-un elmi işlər uzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova, professor Kərəm Kərimov, direktor müavini Ceyhun Nəzərli, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, tibb üzrə fəlsəfə doktoru, cərrah Fərəh Abulaliyeva və digər 16 mütəxəssisin “Naxçıvanda oftalmoloji xidmətin təşkili və inkişaf tarixi”, “Paralitik çəpgözlüklər: klinika, diaqnostika, cərrahi müalicədə yeniliklərimiz və nailiyyətlərimiz”, “Qarışıq astiqmatizmli xəstələrdə femto-lasik texnologiyasının istifadəsi” və digər mövzularda məruzələri dinlənilib, oftalmoloqlar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova