Valyuta.com

Kəlbəcər RMX-nın yeni binası istifadəyə verildi

Kəlbəcər RMX-nın yeni binası istifadəyə verildi

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında (RMX) yeni inşa edilmiş, 13 otaqdan ibarət binanın istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirilib.
Turkustan.info xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov yeni binanın açılışını bildirən rəmzi lenti kəsib, bütün sahələrə, o cümlədən səhiyyəyə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.
Kəlbəcər RMX-nın baş həkimi Mehparə Kazımova yeni binanın inşasında əməyi və dəstəyi olan hər kəsə təşəkkür edib, rayon əhalisinə daha yüksək səviyyədə tibbi xidmətin göstəriləcəyinə söz verib.
Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, ölkə başçısının rəhbərliyi ilə səhiyyə sistemində aparılan uğurlu islahatlar sağlam cəmiyyətin formalaşmasına, ölkə vətəndaşlarına daha yaxşı səhiyyə xidmətlərinin göstərilməsinə şarait yaradır.
Sonda rayon ictimaiyyətinin iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova