Valyuta.com

Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində görülən işlər müzakirə edilib

Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində görülən işlər müzakirə edilib

Səhiyyə Nazirliyində Açıq hökumət tərəfdaşlığı çərçivəsində səhiyyə sistemində görülmüş işlərə həsr olunan tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik aparatının, aparıcı şöbə və bölmələrin əməkdaşlarının iştirak etdiyi toplantıda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda Səhiyyə Nazirliyinin də üzərinə müəyyən öhdəliklər düşür. Tədbirdə Fəaliyyət Planının icrası sahəsində il ərzində görülən işlər və zəruri addımlar müzakirə edilib.
Toplantıda qurumun şöbə və sektor rəhbərləri açıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələlərinə dair Səhiyyə Nazirliyinin şöbələri üzrə görülmüş işlərdən danışıb və qarşıdan gələn dövrdə rüblər üzrə nəzərdə tutulan tədbirləri müzakirə ediblər.
Sonra iştirakçılara müvafiq göstəriş və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə hesabat xarakterli məlumatların vaxtında toplanması tapşırılıb.
Qeyd edək ki, indiyə qədər Səhiyyə Nazirliyi sistemində elektron xidmətlər üzrə bir sıra işlər görülüb. Mərkəzləşmiş “İşə qəbul” elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun hazırlanıb və tətbiq olunub, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin edilib.
Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq olunub.
“Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılıb. Həmin xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilib.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova