Valyuta.com

Azərbaycanda bütün cərrahi müdaxilə növləri icra olunur

Azərbaycanda bütün cərrahi müdaxilə növləri icra olunur

Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o, Azərbaycanda icra olunmasın. Ölkəmizdə cərrahiyyə əməliyyatı nəticəsində ölüm göstəricisi MDB ölkələri arasında ən aşağı göstəricidir.
Bunu Bakı Ürək Mərkəzində keçirilmiş, Azərbaycan cərrahiyyəsində əldə edilən nailiyyətlərə həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi Hacıqulu Bağırov söyləyib.
Toplantıda son illər Azərbaycan səhiyyəsində əldə olunan nailiyyətlərdən danışan baş cərrah vurğulayıb ki, son on ildə ölkə səhiyyəsi, o cümlədən də cərrahiyyə sürətlə inkişaf edib: “Hazırda Azərbaycanın hətta ən uzaq regionlarında da fəaliyyət göstərən tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub. 600-dən çox tibb ocağı tikilib və ya yenidən qurulub. Ölkəmizin tibbi potensialı on milyonluq əhaliyə xidmət etmək üçün tam hazırdır. Bu gün Azərbaycanda 3 445 cərrah fəaliyyət göstərir. Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o, Azərbaycanda icra olunmasın. Ötən il ölkəmizdə 250 616 əməliyyat aparılıb, onlardan yalnız 419-u ölümlə nəticələnib. Bu da ümumilikdə əməliyyatların 0,1 faizi təşkil edir. Bu, MDB ölkələri arasında ən aşağı göstəricidir”. Natiq vurğulayıb ki, bu ilin 7 ayı ərzində Respublika Talassemiya Mərkəzində yerli mütəxəssislər tərəfindən 8 xəstəyə ilik köçürülüb, daha 7 nəfərə də ilik köçürülməsi planlaşdırılır.
Tədbirdə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev ölkəmizdə icra olunan çox mürəkkəb əməliyyatlar barədə məlumat verib. Bildirib ki, ən yeni tibbi texnologiya, beynəlxalq tələblərə uyğun olaraq layihələşdirilmiş və ən son nəsil cərrahi avadanlıqlarla təchiz olunmuş cərrahiyyə şöbələri müasir cərrahiyyədə bir sıra uğurlara nail olmağa şərait yaradıb. Bu gün əməliyyatların mümkün qədər az travmatik olmaları üçün laparoskopiyanın imkanları getdikcə artır, bunun nəticəsidir ki, əvvəllər ölümcül fəsadlarla bilinən bir çox əməliyyatlar hazırda laparoskopik üsulla çox uğurla icra olunur və ən qısa zamanda xəstələr normal həyatlarına qayıdırlar.
Baş həkim qeyd edib ki, dünyada laparoskopik cərrahiyyənin ən çətin əməliyyatlarından hesab edilən yemək borusu plastikası əməliyyatı 2013-cü ildən etibarən Azərbaycanda da icra olunur: “Müasir döş qəfəsi cərrahiyyəsində, demək olar ki, hər əməliyyatın torakoskopik yolla icrası mümkündür. Bu əməliyyatlara həm divar aralığı, həm də ağciyərin öz əməliyyatları daxildir. Torakoskopik əməliyyat sonrası xəstənin reabilitasiya dövrünün daha qısa olması, əməliyyat sonrası ağrının çox az olması, estetik baxımdan iz qalmaması səciyyəvidir. Bu əməliyyatlar Respublika Diaqnostika Mərkəzinin ümumi cərrah-uzmanı və döş qəfəsi cərrahı-uzmanı tərəfindən iki komanda şəklində həyata keçirilir və əldə olunan nəticələr dünyadakı az sayda digər mərkəzlərlə eynidir”.
Qeyd olunub ki, postsovet məkanında ilk olaraq azərbaycanlı cərrah, Respublika Diaqnostika Mərkəzinin həkimi, ümumi cərrah-uzman İ.İsmayılovun icra etdiyi laparoskopik bağırsaq əməliyyatı Fransada yerləşən, laparoskopik təlim mərkəzi olan IRCAD-ın təhsil proqramına daxil edilib və WeBSurg virtual universitetdə bu əməliyyatın videosu yayımlanıb. Bu da Azərbaycan səhiyyəsinin son illərdə inkişafının növbəti göstəricisidir.
Tədbir zamanı döş qəfəsi videotorakoskopik əməliyyatlar, endoskopik qida borusu cərrahiyyəsi və digər mövzular ətrafında təqdimatlar keçirilib.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova