Valyuta.com

“Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”

“Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”

İSİM-də bu mövzuda seminar keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçirilən “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu” mövzusunda seminarda tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhun Məmmədov İSİM-in fəaliyyətində medianın dəstəyinin böyük olduğunu və xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bütünlükdə ictimai maarifləndirmə sahəsində və xüsusilə qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikasında medianın əvəzsiz rolunu vurğulayan C.Məmmədov bu seminarın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planı”na uyğun olaraq keçirildiyini bildirib.
Seminarda Əməkdar elm xadimi, akademik Ədilə Namazova çıxış edərək, qeyri-infeksion xəstəliklərin profilaktikasının uşaqlıq dövründə aparılmasının zəruriliyindən, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Kommunal və qidalanma gigiyenası kafedrasının professoru Maqsud Qasımov qeyri-infeksion xəstəliklərlə mübarizədə gənc nəslin bilik və bacarıqlarının artırılmasının vacibliyindən danışıblar.
İnteraktiv formada davam edən seminarda İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-metodisti Lətafət Dadaşova “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü” mövzusunda və İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Qeyri-infeksion xəstəliklərlərin profilaktikasında tütün problemi və bununla mübarizədə prioritet istiqamətlər” barədə təqdimatla çıxış ediblər.
Qeyri-sağlam qidalanma və fiziki passivliyin qeyri-infeksion xəstəliklərin yaranmasında rolu haqqında İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Raisa Əhmədova media nümayəndələrinə ümumi məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda media nümayəndələrinə QİX mübarizə mövzusunda məqalələrin yazılmasında onlara yardımçı olacaq M.Qasımovun “Sağlam həyat tərzi uğrunda” və “Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz” kitabları paylanılıb.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova