Valyuta.com

Azərbaycanın transplantologiyada əməliyyat nəticəsi dünya standartlarına uyğundur

Azərbaycanın transplantologiyada əməliyyat nəticəsi dünya standartlarına uyğundur

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və orqan transplantasiyası şöbəsində bu günədək 107 xəstəyə qaraciyər və 356 xəstəyə böyrək nəql edilib.
Bu barədə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən, orqan köçürülməsinə həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Tədbirdə MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi ölkəmizdə orqan nəql edilməsi tarixinə qısa nəzər salıb, xatırladıb ki, bu sahədə ilk addımlar 1970-ci illərə təsadüf edir. O zaman Qafqaz regionunda ilk dəfə akademik Mirməmməd Cavadzadə və onun komandası tərəfindən böyrək transplantasiyası icra olunub.
Müstəqillik dövründə Azərbaycanda bütün sahələrdə inkişaf gedib. Dövlətimizin səhiyyənin ən önəmli sahələrindən biri olan transplantologiyaya diqqəti artırması nəticəsində ölkəmizdə orqan köçürülməsi əməliyyatları keyfiyyətcə yeni mərhələyə qalxıb. 1999-cu ilin 28 oktyabrında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2000-ci illərin əvvəllərində professor K.Abdullayev tərəfindən də böyrək nəqli əməliyyatları icra edilib. 2008-ci ildə MNX-da Cərrahiyyə və orqan transplantasiyası şöbəsi fəaliyyətə başlayıb. Elə həmin il Qafqaz və Orta Asiyada ilk dəfə olaraq məhz Azərbaycanda canlı donordan qaraciyər transplantasiyası həyata keçirilib.
M.Kazımi tədbirdə vurğulayıb ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsində aparılan islahatlar bu sektorun inkişafını, maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Yeni və müasir xəstəxanalar inşa olunur, digərləri təmir edilərək texniki bazası yenilənir. O cümlədən, Mərkəzi Neftçilər Xəstəxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə tam təmir olunmuş, texniki bazası yenilənmiş Cərrahiyyə və orqan transplantasiyası şöbəsi bu gün vətəndaşlara yüksək səviyyədə xidmət göstərir. Şöbənin yüksək ixtisaslı həkimlərinin və bütün kollektivinin səyləri ilə minlərlə ən mürəkkəb ümumi cərrahi xəstə istər açıq, istərsə də qapalı üsulla cərrahiyyə əməliyyatı olunub, həyata qaytarılıb və sağlamlığına qovuşub, qohum donorlardan 107 xəstəyə qaraciyər, 356 xəstəyə böyrək köçürülüb. Şöbə müdiri bildirib ki, Azərbaycanın transplantologiya sahəsində əməliyyat nəticəsi göstəriciləri dünya standartlarına uyğundur və beynəlxalq transplantoloji cəmiyyətlər tərəfindən də qəbul olunur.
Mətbuat konfransında uzun illər böyrək xəstəliklərindən əziyyət çəkmiş, sonra böyrək köçürülmüş, tam sağalmış və hətta idman sahəsində uğurlar əldə etmiş şəxslər də iştirak ediblər. İdmançılar S.Qasımov və A.Rüstəmov çıxış edərək, xəstəlik tarixçələrini danışıblar. Bildiriblər ki, neçə illər xarici ölkələrdə müalicəyə üz tutsalar da, Türkiyədə və Almaniyada onlara ölkəmizdə bu sahədə peşəkar həkimlərin olduğunu deyib və burada əməliyyat olunmağı məsləhət biliblər. Sonralar hər iki şəxsə Bakıda MNX-da qohum donordan çox uğurla böyrək köçürülüb və onlar normal həyata başlayıblar. Hazırda idmançılarımız beynəlxalq yarışlarda iştirak edir, nailiyyətlər qazanır, Vətənə medal və təltiflərlə dönürlər.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova