Valyuta.com

Qida və toksiki zəhərlənmələrə həsr olunmuş mətbuat konfransı keçirilib

Qida və toksiki zəhərlənmələrə həsr olunmuş mətbuat konfransı keçirilib

Bu il yanvarın 1-dən iyulun 1-dək Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinə stasionar müalicə üçün 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə-bağırsaq iltihabı diaqnozu ilə daxil olub. Zərərçəkənlərin hər birinə yüksək səviyyədə tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bunu KTM-də keçirilmiş, toksiki və qida zəhərlənmələrinə həsr olunmuş mətbuat konfransında həmin şöbənin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva bildirib.
Son altı ayda baş vermiş qida zəhərlənmələri mövzusunda çıxış edən G.Babayeva daxil olan xəstələrin 36-sının paytaxt sakini olduğunu, 430-unun isə bölgələrdən gətirildiyini söyləyib. Zərərçəkənlərin böyük əksəriyyətini 20-45 yaşlı şəxslər təşkil edib. Kliniki Tibbi Mərkəzə daxil olanların 13-nə botulizm diaqnozu qoyulub.
KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu ilin 6 ayında şöbəyə 565 müraciət olunduğunu diqqətə çatdırıb. Şöbə müdirinin verdiyi məlumata əsasən, 241 nəfər dərmandan, 133 nəfər dəm qazından zəhərlənib, 67 nəfər kəskin allergik reaksiyalarla, 52 nəfər sirkə turşusu, 56 nəfər isə spirtli içkilərdən zəhərlənmə halları ilə əlaqədar qəbul edilib.
Jurnalistlərin suallarının cavablandırarkən A.Maqsudov bildirib ki, hətta 1 xörək qaşığı sirkə turşusunun qəbulu da ciddi fəsadlara səbəb olur. Dərhal həkim müdaxiləsi olmasa, bu, ölümlə nəticələnə bilər.
Qeyd edilib ki, bu il Kliniki Tibbi Mərkəzə 41 nəfər ilan, 6 nəfər əqrəb sancması ilə əlaqədar müraciət edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilərdə azalma var.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova