Valyuta.com

Şimal-şərq regionunda epileptoloji xidmətin təşkili müzakirə olunub

Şimal-şərq regionunda epileptoloji xidmətin təşkili müzakirə olunub

Qubada Səhiyyə Nazirliyinin nevrologiya üzrə baş mütəxəssisi, Azərbaycan Tibb Universitetinin (ATU) I Nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Epilepsiya ilə Mübarizə Liqasının II Regional Elmi-praktik Konfransı keçirilib.
Azərbaycanda epileptoloji xidmətin səviyyəsini yüksəltmək məqsədilə təşkil olunan konfransda professor Ş.Mahalovun “Azərbaycanın şimal-şərq regionunda epileptoloji xidmətin təşkili” mövzusunda məruzəsi dinlənilib.
Sonra Nevrologiya kafedrasının digər əməkdaşları epilepsiyanın yaranma səbəbləri, formaları, klinikası, diaqnostikası və müalicəsində ən müasir yanaşmalarla bağlı məlumat veriblər. Epilepsiyada real tutmaların videoları göstərilib və xəstələrin kliniki təhlili aparılıb.
Konfransda Quba, Qusar, Siyəzən, Xaçmaz və Şabran rayonlarından olan 50-dən çox həkim iştirak edib. Tədbir regionun həkimləri tərəfindən böyük maraqla qarşılanıb.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova