Valyuta.com

Bakıda uroloqların beynəlxalq simpoziumu keçirildi

Bakıda uroloqların beynəlxalq simpoziumu keçirildi

Bakıda Azərbaycan Tibb Universiteti və Beynəlxalq Uroloqlar Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycanın, Türkiyənin, eləcə də Avropanın tanınmış uroloqlarının iştirakı ilə urologiya üzrə beynəlxalq simpozium keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev urologiyanın inkişafında və təcrübi biliklərin zənginləşməsində simpoziumun böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, təbabətin bu sahəsində iştirakçıların ən müasir nəzəri və təcrübi istiqamətlər üzrə mübadilə aparacaqlarını bildirib.
İstanbulun Medipol Universitetinin professoru Selami Albayrak, Türkiyə Uroloji Laparoskopik Dərnəyinin professoru Yasar Özgök, Beynəlxalq Uroloqlar Assosiasiyasının texnoloji treninqinin baş direktoru Jan de la Rosette çıxış edərək, iştirakçıları salamlayıb və simpoziumda müzakirə ediləcək məsələlərdən danışıblar.
Sonra urologiyanın ayrı-ayrı aktual problemləri üzrə məruzələr dinlənilib.
Sonrakı günlərdə simpozium öz işini Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tədris mahiyyəti daşıyan əməliyyatlarla davam etdirib.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova