Valyuta.com

Mamalıq və Ginekologiya İnstitutunun fəaliyyəti müzakirə olunub

Mamalıq və Ginekologiya İnstitutunun fəaliyyəti müzakirə olunub

Səhiyyə Nazirliyinin mətbuat xidməti əsaslı təmirdən sonra istifadəyə verilən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) bu tibb müəssisəsinin imkanlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Toplantıda təqdimatla çıxış edən institutun baş həkimi Hicran Kazımova bildirib ki, 1985-ci ildə 6 saylı Doğum Evinin bazasında yaradılmış ETMGİ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2013-cü il tarixli xüsusi Sərəncamına əsasən əsaslı təmir olunub və bu il martın 1-dən klinik fəaliyyətinə başlayıb.
Bu elmi tibb müəssisəsinin ölkəmizdə mamalıq-ginekologiya sahəsində həmişə flaqman olduğunu vurğulayan baş həkim xatırladıb ki, Azərbaycanda ilk dəfə məhz burada ultrasəs müayinəsi, genetik müayinələr, hamiləliyin başa çatdırılmaması problemi zamanı immunoloji müayinələr və bir sıra digər müayinə üsulları tətbiq olunmağa başlanıb. Ginekologiyada endoskopik əməliyyatlar, cinsiyyət üzvlərinin inkişaf anomaliyalarının cərrahi müalicəsi, aşağı seqmentdə köndələn kəsiklə qeysəriyyə kəsiyi əməliyyatı da ilk dəfə ETMGİ-də aparılıb. Azərbaycanda doğuşayardım müəssisələri arasında ilk dəfə burada yaradılmış “Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası” şöbəsində yenidoğulmuşlara gündəlik qulluq göstərilməsi ilə yanaşı, onların müalicəsi və onlara qulluq üzrə yüksək texnologiyalar və yeni metodlar ölkəmizdə ilk olaraq tətbiq edilir və sonradan bu təcrübə Azərbaycanın digər doğuşayardım müəssisələrində də istifadə olunur.
Hicran Kazımova qeyd edib ki, ETMGİ yaradıldığı ilk gündən həm kliniki, həm də elmi fəaliyyətlə məşğul olub. Onun elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi, bu sahədə geniş yayılmış xəstəliklərin müalicə və profilaktika üsullarının təkmilləşdirilməsidir. O cümlədən burada qeysəriyyə kəsiyi əməliyyatından sonra ana və perinatal ağırlaşmaların azaldılması yolları, uşaqlıq mioması zamanı orqansaxlayıcı əməliyyatlar, uşaqlıq boynu patologiyaları, dölün anadangəlmə və irsi patologiyalarının prenatal skrininqi, tənəffüs pozulması ilə doğulan yarımçıq doğulmuşların respirator terapiyası kimi istiqamətlərdə planlı elmi-tədqiqat işləri aparılır.
Hazırda institut elmi və klinik istiqamətlərlə yanaşı, ölkəmizin bütün doğuşayardım müəssisələri üçün metodik mərkəz kimi də fəaliyyət göstərir – burada mamalıq və ginekologiyanın problemlərinə dair metodik tövsiyələr, kliniki protokollar işlənib hazırlanır, Bakıda və regionlarda konfranslar, seminarlar və təlimlər keçirilir, bölgələrdə çalışan həkimlərin və orta tibb işçilərinin institutun bazasında işçi kimi təcrübə keçməsi təşkil olunur. Həmçinin ETMGİ-nin mama-ginekoloq, neonatoloq və reanimatoloqlardan ibarət kurator qrupu Azərbaycanın bölgələrində müvafiq tibbi heyətə kuratorluq edir, nəzəri və praktiki yardım göstərir. Azərbaycanın bütün doğuşayardım müəssisələrinin mütəxəssisləri İnstitutda hazırlıq kursları keçirlər.
Baş həkim bildirib ki, hazırda ETMGİ-də 431 əməkdaş, o cümlədən 38 elmi işçi, 60 həkim, 33 həkim-rezident, 139 orta tibb işçisi fəaliyyət göstərir.
Tədbirdə Mamalıq və Ginekologiya İnstitutunda rezident-həkim mütəxəssislərin hazırlığı barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycanın bir sıra elmi müəssisələrində və klinikalarında aparılan rezident-həkim hazırlığına ETMGİ-də 2011-ci ildən başlanılıb. Bu il 11 rezident həkim-mütəxəssis hazırlığını bitirib. Onlardan altısı mamalıq və ginekologiya, üçü anesteziologiya və reanimasiya, ikisi isə genetika ixtisası üzrə mütəxəssislərdir.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova