Valyuta.com

Onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib

Onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası Beyləqan və Ağcabədi rayonlarında onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinələr təşkil edib.
“Erkən müayinə, sağlam həyat” devizi ilə aparılan aksiya Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin rəhbərlik etdiyi 14 nəfərlik həkim briqadası aparıb.
RİİB nümayəndələri və könüllüləri Ağcabədi və Beyləqan rayonlarında, o cümlədən Ağcabədidəki məcburi köçkün qəsəbəsində yaşayan, tibbi müayinələrə ehtiyacı olan şəxslərlə görüşüb, onların layihədə iştirakını təşkil ediblər.
Layihə müddətində Ağcabədi və Beyləqan rayonları üzrə 1500-ə yaxın sakin müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin Ağcabədi Mərkəzi Xəstəxanasında döş qəfəsinin rentgenoskopiyası, süd vəzilərinin mammoqrafiyası və digər müayinələrdən keçib.
Müayinələr zamanı bir sıra şəxslərdə şişönü və şiş xəstəlikləri aşkarlanıb. Onlar, həmçinin xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət ediliblər. Digər patologiyalar aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də onlara yerində məsləhətlər verilib.
Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən müayinədə aşkar edilməsi, onların vaxtında, dəqiq müayinə və müalicəsinin aparılmasıdır.
Tibbi müayinələrin ölkəmizin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2





Dekabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova