Valyuta.com

Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağı keçirilib

Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağı keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağında cinsiyyətin formalaşması, uşaqlarda gender identikliyi və psixoseksual inkişafın problemləri müzakirə edilib, həmçinin mövzuya uyğun olan klinik hallar araşdırılıb.
Toplantıda çıxış edən Beynəlxalq Tibb Təlimi Kursunun təlimçisi Faiq Məmmədov cinsiyyətin formalaşmasının embrioloji, fizioloji və patoloji əsasları barədə danışıb, cinsiyyətin ana bətnindən başlayaraq keçdiyi mərhələləri, kişi və qadın cinsiyyətinin embrional inkişafının formalaşma xüsusiyyətləri və məruz qaldığı hormonal dəyişikliklər barədə ətraflı məlumat verib.
Bakı Dövlət Universitetinin əməkdaşı, psixoloq Günel Aslanova “Uşaqlarda gender identikliyi pozuntusu və psixoseksual inkişafda problemlər” mövzusundakı çıxışında müxtəlif yaş dövrlərində oğlan və qız orqanizmində baş verən psixoloji dəyişiklikləri, uşaqların ona münasibəti barədə danışıb və çoxsaylı suallara cavab verib.
6 nömrəli Uşaq Klinik Xəstəxanasının pediatr-endokrinoloqu Nabat Ağayeva ikili cinsiyyətə aid klinik situasiyanı müzakirəyə çıxarıb. Toplantı iştirakçıları bu klinik halla bağlı rəylərini bildiriblər.шаблоны для dle 11.2





Sentyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova