Valyuta.com

Uşaqlarda inkişaf ləngiməsi və onun həlli yolları

Uşaqlarda inkişaf ləngiməsi və onun həlli yolları

Bakıda bu mövzuda təlim keçirilib

Ankara Universiteti Tibb Məktəbinin İnkişaf pediatriya kafedrasında tətbiq olunan Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müalicə olunması və əlilliyin azalması məsələləri ilə məşğul olur. İki ildir ki, ölkəmizin tibb müəssisələri İDİR-in tətbiqi ilə bağlı Türkiyəli həmkarları ilə beynəlxalq əməkdaşlıq edir.
Bu əməkdaşlıq çərçivəsində UNİCEF-in dəstəyi ilə Bakıda ölkəmizin tibb təhsili müəssisələrində çalışan mütəxəssislər üçün İDİR-in istifadəsi üzrə təlim təşkil edilib. Ankara Universiteti Tibb Məktəbinin İnkişaf pediatriya kafedrasının mütəxəssisləri təlim iştirakçılarına İDİR nəzəriyyəsi, fəlsəfəsi və konsepsiyası haqqında məlumat veriblər. Beynəlxalq Rəhbərliyin nəzəri və təcrübi əsasları ilə tanış olan müdavimlər İDİR-in istifadəsi üzrə klinik təcrübələr də keçiblər. Təlim sessiyasında erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barədə məlumat verilib, inkişaf pediatriyasının prinsiplərinə və fənlərarası yanaşmalara xüsusi yer ayrılıb.
Təlimdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosentləri Zemfira Quliyeva, Fəxrəddin Qarayev, Mətanət Qaraxanova, assistent Elnarə Zeynalova, Nevrologiya kafedrasının əməkdaşı Mehriban Əliyeva və Ailə təbabəti kafedrasının əməkdaşı Səidə Əliyeva iştirak ediblər. Yeni tədris ilində həmin kafedralarda ixtisasartırma kurslarının proqramlarına İDİR-in daxil edilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2





İyun 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova