Valyuta.com

Uşaqlar arasında zəhərlənməyə rotavirus infeksiyası səbəb olub

Uşaqlar arasında zəhərlənməyə rotavirus infeksiyası səbəb olub

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində azyaşlı uşaqlar arasında yayılan infeksiya nəticəsində baş vermiş, ictimaiyyət arasında geniş müzakirələrə səbəb olan kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Toplantını Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət şöbəsinin müdiri Viktor Qasımov açaraq, hadisənin təfərrüatlarından və müayinələrin nəticələrindən danışıb. O, məlumat verib ki, uşaqların qanından götürülən nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus infeksiyası aşkar edilib: “Xəstəlik su ilə yayıldığına görə, onun supaylayıcı şəbəkədə olan nöqsanlar nəticəsində baş verdiyi ehtimal olunur. Bununla əlaqədar olaraq su üzərində ciddi nəzarət qoyulub və laborator müayinələrin sayı xeyli artırılıb. Görülən tədbirlər nəticəsində hazırda suyun keyfiyyəti standartlara uyğundur. İndi Sumqayıt Uşaq Xəstəxanasında 46 uşağın müalicəsi davam etdirilir. Onların vəziyyətləri kafidir, sağlamlıqları stabilləşən kimi evə buraxılacaqlar”.
Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev bildirib ki, zəhərlənmə barədə məlumat daxil olan kimi nazirlikdə operativ qərargah yaradılıb və tam gücü ilə fəaliyyət göstərir: “Həmin gündən bəri infeksiyaya yoluxma ilə əlaqədar 136 müraciət daxil olub, son məlumata görə, indi stasionar şəraitdə 46 uşaq müalicəsini davam etdirir. Proses qısa müddətdə lokallaşdırılıb və təhlükəli vəziyyət aradan qaldırılıb”.
Professor N.Quliyev söyləyib ki, xəstəliyin mənbəyi su ilə bağlı olduğuna görə, çox ehtimal ki, o, Xudatdan gələn Şollar suyunun tərkibində çirklənmə ilə əlaqədardır, törədici isə rotaviruslardır: “Rotaviruslar dünyanın hər yerində yayılan xəstəlikdir və onun kliniki əlamətləri ürəkbulanma, qusma, ishal və hərarətin yüksəlməsi və sairdir. Yaşlılar həyatları boyu bir və ya bir neçə dəfə həmin xəstəliyə yoluxduqlarına görə, onlarda həmin virusa qarşı immunitet formalaşır, uşaqlarda isə bu immunitet olmadığına görə, onlar xəstəliyə daha tez yoluxurlar. Bir faktı da qeyd edim ki, müraciət edənlərin heç də hamısında həmin virus aşkar edilməyib, valideynlərdən bəziləri qorxuya düşərək və ya ehtiyatlanaraq uşaqlarını tibbi müayinədən keçiriblər”.
Ölkənin baş pediatrı daha sonra əlavə edib: “Yaxşı haldır ki, xəstələnənlər arasında fəsadlaşma halı yoxdur və yaxın günlərdə onların hamısı tam sağlam həyata qayıdacaqlar. İndi stasionar müalicə olunanların əksəriyyətində gec müraciət nəticəsində bir qədər ağırlaşma baş verib və kliniki əlamətlər bədəndə suyun azalması nəticəsində yaranıb. İmmuniteti zəif olanlarda xəstəlik uzunmüddətli və ağır olur. Müasir səhiyyədə belə halların qarşısının alınması heç də mürəkkəb məsələ deyil. Xəstəxanalarımız lazım olan dərman və tibbi ləvazimatlarla təchiz olunub. Hər şey nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru vəzifəsini icra edən İmran Abdullayev məlumat verib ki, hadisə baş verən gün gecə yarıyadək xəstələrin hər biri ilə sorğular, onların qidalanmaları və istifadə etdikləri su mənbələri ilə bağlı araşdırmalar aparılıb. Müayinələr infeksiya mənbəyinin çiy su olduğunu aşkar etsə də, onun necə və hansı şəraitdə çirklənməsi aydınlaşmayıb. Hazırda bu sahədə tədqiqatlar aparılır.
Sonra mətbuat konfransının iştirakçıları jurnalistləri maraqlandıran suallara cavab veriblər.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova