Valyuta.com

Rostropoviç – Vişnevskaya Fondunun ölkəmizdəki fəaliyyəti uğurla davam edir

Rostropoviç – Vişnevskaya Fondunun ölkəmizdəki fəaliyyəti uğurla davam edir

Baş qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən Rostropoviç – Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç yenidoğulmuşlar arasında ürək qüsurunun erkən diaqnostikası və kəskin anadangəlmə ürək çatışmazlığı xəstəliyinin müalicəsi proqramının tətbiqi ilə tanış olmaq üçün Bakıya səfərə gəlib.
Dünyanın bir sıra ölkələrində yenidoğulmuşlar arasında standart tibbi prosedur olaraq həyata keçirilən həmin proqram Azərbaycanda uşaq sağlamlığının qorunması sahəsində Səhiyyə Nazirliyi ilə Rostropoviç – Vişnevskaya Fondu arasında 2003-cü ildən başlanılan əməkdaşlığın uğurlu davamıdır.
Yelena Rostropoviç rəhbərlik etdiyi fondun Azərbaycanda fəaliyyəti barədə deyib: “Mən çox məmnunam ki, fondumuz Səhiyyə Nazirliyi ilə birlikdə atamın doğulduğu ölkədə uşaqların sağlamlığının qorunması üçün birgə fəaliyyətini davam etdirir. Bu il atamın anadan olmasının 90 illiyini və valideynlərimin uşaqların sağlamlığı və gələcəyi naminə təsis etdiyi humanitar fondun 25 illiyini qeyd edirik. Azərbaycan valideynlərimin ürəyində həmişə yaşayırdı və həm də ona görə xoşbəxtəm ki, onlar üçün çox əziz olan ölkədə fondumuz uşaqların sağlamlığına xidmət edir”.
Yelena Rostropoviç bildirib ki, yenidoğulmuşlar arasındakı kardiomüayinə proqramı onun üçün xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, böyük oğlu kəskin ürək qüsuru ilə doğulub, erkən diaqnostika və uşaqlığında aparılan düzgün müalicə nəticəsində o, sağlam böyüyüb. Kardiomüayinə proqramı Azərbaycanda ciddi ürək qüsuru ilə doğulanlar üçün peşəkar müalicənin təmin olunmasına kömək edəcəkdir.
Fond Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində minlərlə uşağı əhatə edən uzunmüddətli layihələr həyata keçirir və uşaqların sağlamlığının qorunmasında vacib olan qızılca, parotit və məxmərəyə qarşı peyvəndin milli peyvənd təqviminə daxil edilməsi, anadan uşağa vertikal yoluxmanın qarşısının alınması üçün hamilə qadınlar arasında İİV/QİÇS-ə qarşı müayinə, eyni zamanda, uşaqlar arasında anemiya və fiziki inkişafın zəifləməsinin qarşısını almaq məqsədilə helmintlərə qarşı mübarizə proqramları kimi layihələrə ümumən 10 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Rostropoviç – Vişnevskaya Fondu xeyriyyə təşkilatının əsas məqsədi uşaqların sağlamlıq və rifahının yaxşılaşdırılmasına xidmət etməkdir. Proqramlar üç il ərzində fondun ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirilir. Vaksin təminatı, diaqnostik skrininqlərin keçirilməsi, ana və uşağa doğuşa qədər və doğuşdan sonrakı bir sıra xidmətlərin göstərilməsi sayəsində müxtəlif xəstəliklərdən qorunanların sayı 20 milyon nəfərdən çoxdur.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova