Valyuta.com

Tibb Universitetinin yataqxanası təmirdən sonra yenidən qapılarını tələbələrin üzünə açıb

Tibb Universitetinin yataqxanası təmirdən sonra yenidən qapılarını tələbələrin üzünə açıb

Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub.
Media işçilərini yataqxana ilə tanış edən ATU-nun həmkarlar ittifaqının sədri Cahangir Qasımov yeni fəaliyyətə başlayan bu müəssisənin yalnız qızlar üçün nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, beş mərtəbəli, 157 tələbəlik bu yataqxanada tək, iki, üç və dörd nəfərlik olmaqla, ümumilikdə 61 otaq var. Burada tələbələrin rahat yaşamaları üçün yataq otaqlarından əlavə, mətbəx, istirahət otağı və camaşırxana da tam təchiz olunub.
Bundan əlavə, Tibb Universitetinə praktikaya gələn xarici tələbələr üçün də xüsusi qonaq otaqları ayrılıb. C.Qasımov onu da qeyd edib ki, hazırda Azərbaycan Tibb Universitetində yataqxanaya tələbatı olan bütün tələbələrin yerləşdirilməsi üçün lazımi imkanlar var.
Bildirilib ki, yataqxanada iyulun 10-dan sonra qeydiyyata başlanılacaq. Sentyabrın 11-dən etibarən isə tələbələrin yerləşdirilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova