Valyuta.com

Elsevər Ağayev: “Dünyanın heç bir ölkəsində səhiyyənin standart modeli yoxdur”

Elsevər Ağayev: “Dünyanın heç bir ölkəsində səhiyyənin standart modeli yoxdur”

“Dünya ölkələri üçün səhiyyənin müəyyən bir standart modeli yoxdur və heç bir ölkədə hansısa ümumdünya səhiyyə standartı tətbiq olunmur. Hər bir ölkə bu sahədə öz modelini seçir, müəyyən parametrləri özü üçün standart olaraq qəbul edir. Azərbaycan da öz səhiyyə modelini seçib və ildən-ilə təkmilləşdirir. Bu zaman biz inkişaf etmiş Avropa dövlətlərinin təcrübəsini örnək götürürük, məhz bu ölkələrdə qəbul olunmuş səhiyyə standartlarını Azərbaycana gətirməyə çalışırıq”.
Bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Bakıda keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir müavini son 10 ildə Azərbaycanda 600-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı təmir olunmasından, bu illər ərzində kadrların hazırlığı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə pilot layihə olaraq Mingəçevir və Yevlax rayonlarında icbari tibbi sığorta həyata keçirilir və 2018-ci ildən bu sığortanın bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub.
Ana və uşaq ölümlərinin azaldılması istiqamətində ciddi işlər aparıldığını söyləyən nazir müavini bildirib ki, Azərbaycanda yeni diridoğulma meyarlarına keçilsə də, körpə ölümü göstəriciləri artmayıb, əksinə, azalıb.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova