Valyuta.com

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib

Heydər Əliyev Fondu Cibuti Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib. Bununla əlaqədar Cibuti Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Xəstəxanasında tibbi avadanlıqların təqdim edilməsi mərasimi keçirilib.
Bu barədə AzərTAC-ın verdiyi xəbərdə bildirilir ki, tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Qeyd edilib ki, həmin layihələr çərçivəsində Cibuti Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub. Bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərinin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.
Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlıqların ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, xüsusilə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova