Valyuta.com

Ümumdünya Səhiyyə Təşkilatının yeni baş direktoru seçilib

Ümumdünya Səhiyyə Təşkilatının yeni baş direktoru seçilib

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan dövlətlər Efiopiya hökuməti tərəfindən irəli sürülmüş namizəd Tedros Adhanom Qebreyesusu beşillik səlahiyyət müddətinə ÜST-nin yeni baş direktoru vəzifəsinə seçiblər. 2017-ci il iyulun 1-də o, on il bu vəzifədə çalışan Marqaret Çanı əvəz edəcək.
Bundan əvvəl Efiopiyanın xarici işlər naziri və səhiyyə naziri vəzifələrində çalışan Tedros Adhanom Qebreyesus həmçinin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun, “Malyariyanı məhv edək!” (MME) Tərəfdaşlığının və Anaların, körpələrin və uşaqların mühafizəsi üzrə Tərəfdaşlığın rəhbər orqanlarına başçılıq edib. O, Efiopiyanın səhiyyə naziri vəzifəsində işləyərkən ölkənin səhiyyə sistemində kompleks islahatlar aparılıb, tibbi-sanitariya infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib, 3 500 tibb mərkəzi istifadəyə verilib, 16 000 iş yeri yaradılıb, səhiyyə sahəsində əmək ehtiyatları 38 000 yardımçı tibbi-sanitariya işçisi hesabına gücləndirilib, tibbi sığortanın əhatə dairəsini genişləndirməyə imkan verən maliyyə mexanizmləri işə salınıb. Qlobal Fondun və MME Tərəfdaşlığının sədri olduğu müddətdə bu iki təşkilat üçün rekord məbləğdə maliyyə ayrılmasını təmin edib, malyariyaya qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planı hazırlayıb.
ÜST-nin yeni baş direktoru: “Səhiyyə insanın haqqıdır”
ÜST-nin başçısı vəzifəsinə seçiləndən sonra birinci mətbuat konfransında Tedros Adhanom Gebreyesus jurnalistlərə öz prioritetlərindən danışıb. Ümumi tibbi sığortaya nail olmaq niyyətində olduğunu bəyan edən yeni baş direktor qurumun üzvü olan bütün ölkələri öz vətəndaşlarını tibbi xidmətlə təmin etməyə səsləyib.
Jurnalistlərdən onu öz adı ilə - doktor Tedros çağırmağı xahiş edən, vətəni Efiopiyada belə qəbul edildiyini bildirən baş direktor söyləyib ki, 70 il əvvəl ÜST səhiyyə xidməti ilə ümumi əhatələnməyə nail olmaq məqsədilə yaradılsa da, təəssüf ki, tibbi xidmət hələ də çoxları üçün əlçatmazdır: “1948-ci ildə dünyaya vəd olunmuşdu ki, səhiyyə hər kəs üçün əlçatan olacaq. Həmin məqsəd bu gün hələ də aktualdır. Planetimizin əhalisinin yarısının həkimə müraciət imkanı yoxdur, tibbi sığortadan məhrumdur. Artıq sözdən işə keçmək vaxtıdır. Bütün dünya bunu gözləyir. Səhiyyə insanın haqqıdır”.
Doktor Tedros deyib ki, ictimai səhiyyə sahəsində daha bir mühüm mövzu fövqəladə hallara reaksiya məsələsidir: “Epidemiyalar istənilən anda başlaya bilər. Biz buna hazır olmalıyıq”.шаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova