Valyuta.com

Sizi yuxuda səslər narahat edirmi?

Psixoloqların fikrincə, insanların 10-20 faizi qəfil səslərdən oyanır. Əslində, bu səslər xəyali səslərdir. Bu, partlayış, göy qurultusu, çığırtı, qapı, ağlamaq səsləri ola bilər. Səslər bədahətən eşidilir və bir neçə saniyə davam edir. Bəzi hallarda səslər vizual qıcıqlandırıcılar – işığın alışması ilə müşayiət olunur. “rosbalt.ru” saytı xəbər verir ki, təsvir edilən hallar nəticəsində insanın yuxusu pozulur, psixoloyi pozğunluqlar və taxikardiya əmələ gəlir. Əvvəllər alimlər hesab edirdilər

28-04-2015, 21:21

Allerqoloqlar ən təhlükəli bitkilərin adlarını açıqlayıblar

Yazın gəlişi ilə bir çoxumuzda gözlərin yanması, burunun axması kimi xoşagəlməz allergik simptomlar olur. Bu simptomlar bitki tozcuqlarının yayılması ilə bağlıdır. Fransanın Aerobioloji Müşahidələr Milli Şəbəkəsi daha çox tozcuq yayan, allergiya yarada bilən 25 bitkinin siyahısını hazırlayıb. Bu siyahıda sərv, tozağacı, qızılağac, göyrüş, palıd ağacı kimi bitkilər irəlidədir. Onların ardınca fındıq, söyüd, çinar, vələs, cökə və zeytun ağacları gəlir. Bir sıra otaq bitkiləri: məsələn, benjamin

28-04-2015, 21:12

İÇV eynən kompüter virusu kimi yayılır

London Universiteti Kollecinin mütəxəssisləri insanın immun çatışmazlığı virusunun (İÇV) və kompüter virusunun yayılması arasında analogiya aparıblar. Hər iki halda virus uzun müddət saxlanılır, özünü büruzə vermir, onu xüsusi vasitələrsiz təmizləmək çox çətin olur. Xüsusi riyazi model alimlərin təxminlərini təsdiq edib. Adi kompüter virusları ilə İÇV arasında ümumi cəhətlər çoxdur. İÇV qan sistemində yayılmaqla bərabər, çoxlu miqdarda qan hüceyrəsi yoluxdurur. Kompüter virusları da oxşar sxem

28-04-2015, 20:57

Ürəyi infarktdan sonra tam bərpa etmək olarmı?

İnsan doğulandan dərhal sonra onun ürək hüceyrələrində regenerasiya prosesi dayanır. Lakin başqa toxumalarda (epiteli, saç), qan hüceyrələrində insanın həyatı boyu bərpa prosesi gedir. Avstraliya və İsrail alimləri laboratoriya siçanları üzərində apardıqları tədqiqatlar nəticəsində, hətta infarktdan sonra ürək əzələsi hüceyrələrini bərpa etməyin mümkünlüyünü sübuta yetiriblər. Yeni metod infarktdan və onun ağırlaşmalarından ölüm hallarını dəfələrlə aşağı salmağa kömək göstərəcək. Kəskin işemik

28-04-2015, 20:05

Uşaq gündə bir saatdan çox kompüter oyunları oynamamalıdır

Oksford Universitetinin alimlərinin fikrincə, uşağın hansı videooyunlara diqqət yetirməsi deyil, onun bu oyunlara sərf etdiyi vaxt əhəmiyyətlidir. Tədqiqatçılar sübuta yetiriblər ki, hiperaktivlik əsasən kompüter oyunlarına gündə üç saatdan çox vaxt sərf edən uşaqlarda müşahidə olunur. Həm də oyunun janrı uşaqların davranışına heç bir təsir göstərmir. Alimlər 12-13 yaşlı 200 məktəbli arasında sorğu apararaq, müxtəlif çeşidli kompüter oyunlarının təsirini təhlil ediblər. Onlar şagirdlərin

28-04-2015, 10:15

İnsan üçün super yaddaş

Siçanlarda yaddaşı möhkəmləndirən gen tapılıb ABŞ-ın Baylor Universitetinin tədqiqatçıları bəzi təcrübə siçanlarında super yaddaş əlamətləri müşahidə edərək, buna səbəb olan geni müəyyənləşdirdiklərini bəyan ediblər. Tədqiqatçılar insan və siçan beyninin bir-birinə bənzəməsindən yararlandıqlarını, bu gen sayəsində hətta Altsheymer xəstəliyin də qarşısını almağın mümkünlüyünü bildiriblər. Belə ki, siçanlar üzərində aparılan təcrübələrdə Altsheymer xəstəliyi zamanı tapılan PKR geni blok edilib.

14-04-2015, 16:47

Qadınlar üçün ən ziyanlı 3 peşə

Araşdırma nəticəsində müəyyən edilib ki, müəllim, stüardessa və satıcı-məsləhətçi peşələri qadınların sağlamlığına daha çox ziyan vurur. İlk baxışdan, bu peşələrdə sağlamlığa zərərli nəsə görmək çətindir. Amma mütəxəssislər müəyyənləşdiriblər ki, məhz bu peşələrin sahibi olan qadınlar digərləri ilə müqayisədə səhhətlərini daha çox və tez-tez risk qarşısında qoyurlar. Müəllimlərdə ilk növbədə səs telləri zədələnir, onlar tez-tez faringit və anginadan əziyyət çəkirlər. Stüardessalarda əsasən

1-04-2015, 16:09

Kaktus radiasiyadan qoruyurmu?

Kompyuterin yaydığı elektromaqnit radiasiyasını dəf etmək üçün bəzən istifadəçilər masa üzərinə kaktus, ya da qaya duzu qoyurlar. Görəsən, bu üsul radiasiyaya təsir edirmi? Türkiyənin Sakarya Universitetinin Elektrik - elektronik mühəndisliyi bölməsinin rəhbəri professor Osman Çerezçi bildirir ki, radiasiyadan qorunmaq üçün kaktus və ya qaya duzunun faydası yoxdur. Mütəxəssis bunun əvəzinə, bəzi məhdudiyyətlərə riayət etməyi məsləhət görüb: - Yatarkən başınızı kabel və ştepsellərə yaxın

30-03-2015, 16:46

İnsana süni qan hüceyrələri köçürülüb

Fransada süni surətdə yaradılmış qan hüceyrələrini insana köçürüblər. Söhbət laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələrindən gedir. Alimlərin dediklərinə görə, bu, süni qan yaradılması yolunda atılmış ilk əhəmiyyətli addımdır. Parisdə yerləşən Pyer və Mari Küri Universitetində Lük Due və həmkarları əvvəlcə könüllülərin iliyindən qan yaradan hüceyrələri ayıra biliblər. Sonra inkişaf faktorlarından ibarət kokteyldən istifadə etməklə bu hüceyrələrdən qırmızı qan hüceyrələri yaradılıb.

11-02-2015, 16:52

Onkoloji xəstəliklərin boy və çəki ilə əlaqəsi var

ABŞ-ın Albert Eynşteyn Universitetinin bir araşdırmasına istinadən yayımlanan xəbərdə bildirilir ki, hər 10 santimetr boy üçün qadınların süd vəzisi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə mübtəla olma riski 13 faiz artır. Araşdırmaya klimaks dövründə olan 50-79 yaş arası 140 minə yaxın qadın qatılıb. Bundan öncə isə İngiltərənin Oksford Universitetində aparılan tədqiqatlar nəticəsində boyu 1,52 metrdən hündür insanlarda hər 10 sm-ə görə xərçəng riskinin 16 faiz artdığı

6-02-2015, 15:58


Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova