Valyuta.com

Süni uşaqlıq: fantastika reallığa çevrilir

Süni uşaqlıq: fantastika reallığa çevrilir

Amerikalı bioloqlar dünya tarixində ilk dəfə olaraq içərisində döl yetişdirilən süni uşaqlıq hazırlayıblar. “Nature Communications” nəşrinin məlumatına əsasən, bu təcrübə ilk dəfə hələ doğulmamış buzov üzərində aparılıb. Döl düz bir ay inkubatorda saxlanılıb.
Mütəxəssislər bildirirlər ki, vaxtından əvvəl doğulmuş körpələr, habelə heyvan rüşeymləri üçün nəzərdə tutulan süni uşaqlıq həyatı qoruyub saxlamaq məqsədi daşıyan özünəməxsus sistemdir. Burada rüşeym xüsusi amniotik maye doldurulmuş möhkəm paketin içində, borulara qoşulmuş vəziyyətdə yerləşdirilir. Buzov dölü də məhz belə inkubatorda yetişdirilib.
Süni uşaqlığın yaradıldığı Filadelfiya Tədqiqat İnstitutundan (ABŞ) alim Alan Fleykin sözlərinə görə, onun komandası uşaqlığın fəaliyyətini imitasiya edən, onu əvəz edə bilən qurğu yaradıb: “Bu texnologiya sadəcə indiyədək mövcud olanların təkmilləşdirilmiş variantı deyil. Küvezlərdə artıq doğulmuş körpələrə müvafiq temperatur rejimi, infeksiyasız mühit yaradılır, əmə bilmədiklərinə görə onlara qida zondla verilir. Bununla belə, küvezdə körpələr ağciyərləri ilə nəfəs alırlar. Bəzən onların tənəffüsünü xüsusi preparatlarla dəstəkləmək lazım gəlsə belə, bu yenə də ağciyər tənəffüsüdür. Qidanı da onlar mədədə və bağırsaqda həzm edirlər və şlaklar təbii yolla xaric olur. Süni uşaqlıqda isə döl dölətrafı sularda “üzür”, qida maddələri parenteral yolla birbaşa venaya yeridilir, oksigenlə təminat oksigenatorlar vasitəsilə, “işlənmiş materialların” kənarlaşdırılması isə süni böyrəklərin köməyi ilə baş verir”.
Alimlərin sözlərinə görə, gələcəkdə “biokisə”yə doldurulan amniotik mayenin tərkibini təkmilləşdirməklə daha çətin vəzifələri həll etmək və inkişafdan qalan rüşeymlərin böyüməsinə nail olmaq mümkün olacaq.
www.pravda.ru saytının materialları əsasındaшаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova