Valyuta.com

Vaksinlərin təhlükəsizliyi barədə dürüst informasiyanı ÜST sertifikatlı saytlarda tapmaq olar

Vaksinlərin təhlükəsizliyi barədə dürüst informasiyanı ÜST sertifikatlı saytlarda tapmaq olar

Dünyanın hər yerində insanları sağlamlıq, iş və sairlə bağlı hər hansı problem narahat edəndə, məsləhət almaq üçün ilk növbədə internetə müraciət edirlər. Bunu uşaqları üçün vaksinlərin təhlükəsiz olub-olmaması barədə dürüst informasiya almaq istəyən valideynlərə də şamil etmək olar. Ancaq çox vaxt belə məlumatı tapmaq müşkül məsələyə çevrilir. Son illər vaksinlərin təhlükəsizliyi barədə birtərəfli, yanlış və narahatlıq yaradan informasiyaların yer aldığı xeyli veb-sayt meydana çıxıb. Bu da əsassız təşvişin yaranmasına gətirib çıxarır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Vaksinlərin Təhlükəsizliyi Şəbəkəsinin (VTŞ) əlaqələndiricisi İzabel Saxinoviç bununla bağlı deyib: “Hər gün internetdə vaksinlər barədə yalan məlumat yayılmaqda davam edir. Bu, təhlükəli vəziyyətdir. Biz əmin olmalıyıq ki, bütün valideynlər, tərbiyəçilər və səhiyyə mütəxəssisləri vaksinlər barədə dəqiq və dürüst informasiyanı asanlıqla əldə edə bilirlər”. O məlumat verib ki, vaksinlərin təhlükəsizliyi barədə qlobal veb-saytlar şəbəkəsi olan VTŞ məhz bunun üçün nəzərdə tutulub. Hazırda 12 dildə 47 sayt bu şəbəkənin üzvüdür. Hesablamalara görə, hər ay 173 milyondan çox istifadəçi vaksinlərin təhlükəsizliyi barədə dürüst məlumatın və digər müxtəlif informasiyaların yayımlandığı VTŞ veb-saytlarına daxil olur.
ÜST vaksinlərin təhlükəsizliyi məsələləri üzrə onu məlumatlandıran müstəqil və nüfuzlu elmi komitənin – Vaksinlərin Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsinin müəyyən etdiyi və milli immunlaşdırma proqramlarına təsir göstərməyə qadir olan meyarlardan istifadə edərək veb-saytların namizədliyinə münasibətini bildirir.
İlkin yoxlama bu saytların ictimai səhiyyə yönümlü olub-olmadığını, vaksinlərin təhlükəsizliyi barədə elmi əsaslandırılmış və qərəzsiz ən müasir informasiya, aydın şərh edilmiş məlumat və sadə naviqasiya sistemi təqdim edib-etmədiklərini müəyyənləşdirməyə imkan verir.
İstehsalçıları təmsil edən veb-saytlar şəbəkənin üzvü ola bilməzlər. VTŞ saytları azı iki ildən bir nəzərdən keçirilir və təzələnir. VTŞ-nin qiymətləndirmə qrupu rəsmi qiymətləndirmə üçün veb-saytı 34 meyardan istifadə edərək öyrənir.
Vaksinlərin Təhlükəsizliyi Şəbəkəsinin üzvü olmaq üçün veb-saytlar onların sahibləri və rəhbərləri və kontentin maliyyə vəsaitinin kimin tərəfindən ödənilməsi barədə məlumat baxımından şəffaf olmalı, habelə dərc edilmiş informasiya mənbələrinin validasiya etmək imkanına malik olmalıdırlar.
İ.Saxinoviç deyib: “Bizim verdiyimiz qiymət o deməkdir ki, İnternet istifadəçiləri oxuduqları məlumata etibar edə bilərlər”.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova