Valyuta.com

BMT-də mikrob əleyhinə preparatlara davamlılıq probleminin həlli üzrə işçi qrup yaradılıb

BMT-də mikrob əleyhinə preparatlara davamlılıq probleminin həlli üzrə işçi qrup yaradılıb

Müasir dövrdə müəyyən bakteriya, virus və parazitlər mikrob əleyhinə preparatlara, o cümlədən antibiotiklərə, öz səmərəliliyini itirmiş vərəm və malyariya əleyhinə vasitələrə davamlıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Marqaret Çan və BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd məlumat veriblər. Onlar bildiriblər ki, Antoniu Quterriş tərəfindən bu problemin həlli üzrə əlaqələndirmə qrupunun həmsədrləri təyin ediliblər.
Əminə Məhəmməd vurğulayıb ki, mikrop əleyhinə preparatlara davamlılıq tək səhiyyə sisteminə ciddi təhlükə deyil. Onun sözlərinə görə, bu, kənd təsərrüfatına və bir çox digər sahələrə aid olan sektorlararası problemdir.
Qeyd olunub ki, antibiotiklərin kəşfindən keçən 100 ildən çox vaxt ərzində bu dərmanlar ölümcül bakterial infeksiyaların müalicə olunması yolu ilə xeyli insan həyatını xilas etməyə imkan verib. Amma hazırda antibiotiklərə həddindən çox aludə olmaq nəticəsində onlara qarşı davamlılıq artır. Bu isə o deməkdir ki, bakteriyalar o dərəcədə dəyişir ki, antibiotiklər və digər preparatlar artıq onlara heç bir təsir göstərə bilmir.
Son 50 ildə bazara yalnız iki yeni antibakterial preparat çıxarılıb. Əczaçılıq şirkətləri bahalı elmi təhqiqatlara investisiya yatırmaq istəmirlər, çünki belə tədqiqatlar çoxlu gəlir vəd etmir.
Marqaret Çan bildirib ki, bu yaxınlarda ÜST ilk dəfə antibiotiklərin təsirinə davamlı “prioritet patogenlərin” – insan sağlamlığı üçün çox təhlükəli olan 12 növ bakteriyanın siyahısını açıqlayıb.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova