Valyuta.com

İsveçdə insanın qığırdaq toxuması 3D-printerlə çap edilib

İsveçdə insanın qığırdaq toxuması 3D-printerlə çap edilib

İsveçin Çalmers Texniki Universitetinin bir qrup alimi uzun sürən tədqiqatlardan sonra insanın qığırdaq toxumasını 3D-printerlə süni şəkildə üçölçülü çap etməyə nail olub.
Alimlər eksperiment aparmaq üçün tərkibində nanosellüloz və donordan götürülmüş qığırdaq toxumasının hüceyrələri olan yeni xüsusi hidrogel hazırlayıblar. Sonra həmin materialdan 3D-printerlə implantlar çap edərək, onları sınaq üçün istifadə olunan siçanlara köçürüblər.
Bir müddət sonra tədqiqatçılar bildiriblər ki, gəmiricilərin orqanizmi implantı rədd etməyib, yəni o, bədəndən qopub ayrılmayıb. Ən əsası isə, köçürülmüş toxumanın yerində qan damarları şəbəkəsi inkişaf etməyə başlayıb.
Alimlərin fikrincə, belə implantlar gələcəkdə insana da implantasiya oluna bilər. Tədqiqat qrupunun rəhbəri professor Pol Hateholm bildirib ki, bu texnologiyaların inkişafı yaxın gələcəkdə tibb sahəsində, xüsusilə plastik və rekonstruktiv cərrahiyyədə əsl çevriliş edə bilər. Belə implantların yaradılması orqan köçürülməsinə ehtiyacı olan insanları münasib donoru uzun müddət gözləmək zərurətindən azad edir: “Pasiyentin qulaq seyvanı və ya burnunun qığırdaq hüceyrəsinin nümunəsini götürüb, onu onurğa beynindəki kök hüceyrələri ilə uyğunlaşdırmaq mümkün olsa, implantasiya üçün yeni burun, yaxud qulaq düzəltmək olar”.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova